Azərbaycana gətirilən hibrid avtomobillərin sayında KƏSKİN ARTIM

2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan elektrik mühərriklə də hərəkətə gətirilən 2 805 ədəd avtomobil idxal edib.
Avtosfer.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, onların ümumi idxal dəyəri 16 milyon 503,5 min dollar olub.
İdxal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1 151 ədəd və ya 69,6 faiz çoxdur.
Təkcə aprel ayında 974 ədəd bu tipdə avtomobil idxal edilib və onların ümumi dəyəri 6 milyon 218 min dollar olub. Azərbaycan ötən ilin aprel ayı ilə müqayisədə bu avtomobillərin alışını 886 ədəd və ya 11,1 dəfə artırıb.
Eləcə də, ötən ay yalnız elektrik mühərriklə hərəkətə gətirilən 24 ədəd avtomobil idxal edilib və onların ümumi idxal dəyəri 947,8 min dollar olub. Təkcə aprel ayında isə ölkəmizə yeddi ədəd elektrik mühərrikli maşın idxal edilib.
Qeyd edək ki, dörd ay ərzində idxal olunan elektrik mühərriklə də hərəkətə gətirilə bilən və yalnız elektrik mühərrikli avtomobillər ümumi idxal edilən avtomobillərin 11,8 faizini təşkil edib.
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir










