Azərbaycanda 70 minə avtomobil nömrəsi satılır - ŞOK QİYMƏTLƏR və DYP-dən CAVAB

Elan saytlarında dövlət nömrə nişanlarının müxtəlif qiymətə satılmasına rast gəlmək mümkündür. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, dövlət rüsumu 35 manat olan avtomobil nömrələri belə saytlarda istənilən qiymətə satılır. Avtomobil nömrələrini bahalaşdıran isə onun üzərindəki rəqəm və hərflərlə bağlıdır. Həmin saytlarda apardığımız araşdırma zamanı qiyməti bir avtomobilin dəyərindən də baha olan dövlət nömrə nişanlarına rast gəldik.
10-DO-100 dövlət nömrə nişanı 70 min manata satılır.
Dəyəri 55 min manata bərabər 10-VV-555 dövlət nömrə nişanının yerləşdirildiyi elana da rast gəlmək mümkündür.
Bunlardan başqa, bu cür saytlarda 37 min, 36 min, 35 min, 32 min və 30 min manata dövlət nömrə nişanları satılır.
DYP isə hesab edir ki, dövlət nömrə nişanlarının bu qaydada satılması qanunsuzdur və nömrə satışını yalnız yol polisi həyata keçirə bilər. Saytlarda satılan nömrələrin əksəriyyəti real deyil və bəzilərinin sahibinin nömrənin satılmasından xəbəri yoxdur.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










