Azərbaycanda avtomobillərin təkrar bazarında durğunluq müşahidə olunur
Avtobazar
19 Yanvar 2021 15:32

Avtomobillərin illik texniki baxışı sertifikatlaşdırılmış servislər tərəfindən aparılması ikinci əl avtomobil bazarının dirçəlməsinə müsbət təsir edə bilər. Bunu "APA-Econimics"ə avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, ötən il ikinci əl avtomobil bazarında müşahidə olunan durğunluq hələ də davam edir və bu sahədə müsbət tendensiya müşahidə olunmur. “Pandemiya səbəbindən avtomobil alqı-satqısında durğunluq müşahidə olunur. Vətəndaşlar ikinci əl avtomobillərin alqı-satqısını maşın bazarında deyil, onlayn qaydada həyata keçirməyə çalışır. Lakin burda da problem yaşanır. Ən böyük problem onlayn satışların lazımi qaydada təşkil olunmamasıdır. Çünki lazım olan baza yoxdur”, - deyə E. Cəfərov qeyd edib.
Ekspertin fikrincə, qanunvericilik olsa da, faktiki olaraq bunu həyata keçirmək üçün hər hansı addım atılmayıb: “Onlayn avtomobil alqı-satqısı zamanı satıcı sadəcə özünün insafına qalaraq avtomobilin nasazlığı barədə qarşı tərəfi məlumatlandırır. Əksər halda satan tərəf avtomobildə olan nasazlıq haqqında olan məlumatı bildirmir. Alıcı isə məcbur olur avtomobili servisdə yoxlatsın. Karantin dövründə isə bu məsələləri həyata keçirmək olduqca çətindir”.
E.Cəfərov əlavə edib ki, bu səbəbdən avtomobillərin təkrar bazarında satışların dirçəltməsi üçün onlayn satışlara təkan verilməlidir. “Bildiyimiz kimi, avtomobillərin illik texniki baxışı yalnız Dövlət Yol Polisində keçirilir. Bu, texniki baxış sertifikatı olan və dövlət tərəfindən icazə verilən servislərdə də ildə bir dəfə həyata keçirilməlidir. Texniki baxışın nəticələri verilən arayışda elektron daşıyıcıda həkk olunmalıdır. Arayış avtomobil satan şəxs tərəfindən sayta yerləşdirilməlidir ki, alıcı avtomobil barədə məlumatlarla şəffaf qaydada tanış ola bilsin. Avtomobillərdə olan qüsurlar yalnız rəsmi sertifikatı olan servislər tərəfindən tam dəqiqliklə aşkar oluna bilər. DYP ölkədə olan bütün marka avtomobillərin texniki baxışını dəqiqliklə həyata keçirə bilməz. Çünki onların nə zəruri avadanlığı, nə də mütəxəssisləri var. Təklif olunur ki, illik texniki baxışın keçirilməsinə DYP ilə yanaşı, həmçinin rəsmi servislər də cəlb olunsun. Bu zaman ikinci əl avtomobil bazarında alqı-satqı da dirçələcək”, - deyə E.Cəfərov qeyd edib.
Ekspert vurğulayıb ki, bu prosesin şəffaf olması alıcılarda inam yaradacaq və onlar rahat şəkildə evlərində oturaraq avtomobil ala biləcək: “Hazırda bu sistem yoxdur və təəssüf ki, qurulmur. Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramında bu, öz əksini tapıb. Qeyd olunub ki, aparılan texniki baxış sertifikatlaşdırılmış digər servislərə də verilməlidir. Amma təəssüf ki, bu məsələ hələdə öz həllini tapmayıb. Texniki baxış yalnız DYP-də həyata keçirilir və yalnız DYP rəsmi sənəd verə bilir”.
Oxunub : 1694
DİGƏR XƏBƏRLƏR
17 Avqust 2026 10:03
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
17 Avqust 2026 09:23
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
14 Avqust 2026 17:39
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
4 Avqust 2026 20:51
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
3 Avqust 2026 17:54
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
1 Avqust 2026 23:11
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
30 İyul 2026 14:54
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
24 İyul 2026 16:18
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
22 İyul 2026 17:39
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
15 İyul 2026 10:00
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
9 İyul 2026 14:16
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
5 İyul 2026 20:31
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
ŞƏRH YAZ










