Azərbaycanda bu il yüklərin 55%-i avtomobil nəqliyyatı ilə daşınıb

Azərbaycanda cari ilin yanvar-aprel ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,2% və 30,2% azalıb.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 62,4 milyon ton yük daşınıb.Yüklərin 3,2%-i dəniz, 7,8%-i dəmir yolu, 0,2%-i hava, 55,4%-i avtomobil nəqliyyatı, 33,4%-i isə boru kəməri ilə daşınıb.
Məlumata görə, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 7,6 %azalıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,9% təşkil edib.
"2021-ci ilin yanvar-aprel aylarında nəqliyyatçılar 355,8 mln. sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 99,8% avtomobil nəqliyyatı, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb", - məlumatda qeyd edilir.
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...











