Azərbaycanda onlayn satışa çıxarılan ən bahalı avtomobillər - FOTO

Azərbaycanda onlayn satışa çıxarılan ən bahalı avtomobilin qiyməti yarım milyon manatdan çoxdur. Belə ki, onlayn platforma üzərindən satışa çıxarılan “Mercedes-Maybach GLS 600 4MATIC” (4.0 L, 2021 il) avtomobilinin qiyməti 578 000 manatdır.

İkinci ən bahalı avtomobil isə “Bentley” ailəsinə aiddir. Onlayn satışda olan “Bentley Continental” (6.0 L, 2018 il) modelinin qiyməti 508 000 manatdır.

Üçüncü ən bahalı avtomobil isə “Rolls-Royce”a məxsusdur. “Rolls-Royce”un “Wraith” (6.5 L, 2016 il) modeli 470 000 manata onlayn satışa çıxarılıb.

Qeyd edək ki, ötən üç ay ərzində mövcud olan bir sıra bahalı avtomobillərin satılıb-satılmadığı məlum olmasa da artıq onlayn satışda yoxdur. Belə ki, üç ay əvvəl satışda olan 816 min manat dəyərində “Rolls-Royce Cullinan” modeli (6.7 L, 2019 il), 450 min manat dəyərində “Lamborghini Huracan” modeli (5.2 L, 2017 il), 438 min manat dəyərində “Mercedes-Maybach S 560” modeli, 350 min manat dəyərində “Bentley Flying Spur” modeli (6.0 L, 2020 il) satışdan çıxıb.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










