Azərbaycanın ən çox yeni avtomobil idxal etdiyi ölkələrin reytinqi - TOP-10
2020-ci ildə Azərbaycan xaricdən 542,389 mln. ABŞ dolları dəyərində 49 692 yeni minik avtomobili idxal edib ki, bu da 2019-cu illə müqayisədə 15% çoxdur.
Avtosfer.az bildirir ki, "APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, ötən il ölkəyə ən çox minik avtomobili ABŞ-dan gətirilib. Belə ki, hesabat dövründə Azərbaycan ABŞ-dan 98,511 mln. dollar dəyərində 10 774 avtomobil idxal edib, bu da illik ifadədə 40,3% çoxdur.
Qeyd edək ki, ikinci pillədə yerləşən Almaniya Azərbaycana 122,459 mln. dəyərində 9 773 minik avtomobil tədarük edib. 2020-ci il ərzində Almaniyadan ölkəyə avtomobil tədarükü 7,1% azalıb. İlk üçlüyü qapadan Cənubi Koreya isə ötən il Azərbaycana 57,956 mln. dollarlıq 8 192 minik avtomobili ixrac edib. Bu göstərici ötən il 46,9% artıb.
2020-ci ildə Azərbaycanın yeni minik avtomobillərinin idxal etdiyi əsas ölkələr - TOP-10:
# |
Ölkə |
Sayı |
Dəyər, mln. $ |
İllik dinamika |
1 |
ABŞ |
10 774 |
98,511 |
40,3% |
2 |
Almaniya |
9 773 |
122,459 |
-7,1% |
3 |
Cənubi Koreya |
8 192 |
57,956 |
46,9% |
4 |
Yaponiya |
7 381 |
83,859 |
19,1% |
5 |
Meksika |
2 795 |
22,709 |
89% |
6 |
Rusiya |
2 594 |
25,313 |
-28,9% |
7 |
Türkiyə |
1 423 |
14,869 |
39,8% |
8 |
Çin |
1 038 |
12,324 |
2,4 dəfə |
9 |
Özbəkistan |
905 |
7,370 |
38% |
10 |
Çexiya |
554 |
6,749 |
9,9% |