Benzinlə çalışan minik avtomobillər QADAĞAN EDİLƏCƏK - Tarix açıqlandı

Vaşinqtonun qanunverici orqanı yeni “Clean Cars 2030” adlı qanunu qəbul edib. Bu qanuna əsasən 2030-cu ildən başlayaraq Vaşinqton ştatındakı bütün minik avtomobillər elektrikləşdirilmiş olmalıdırlar. Nəticədə 2030-cu ildən başlayaraq ştatda digər yeni avtomobillərin satışı qadağan ediləcək. Sözügedən qanun Vaşinqton ştatının bütün nəqliyyat infrastrukturunun elektrikli rejimə keçidi üçün nəzərdə tutulmuş irimiqyaslı layihənin bir hissəsinə çevriləcək. Bu barədə Electrek saytı xəbər verib.
Sözügedən qanun layihəsi sayəsində Vaşinqton ştatı benzinlə çalışan avtomobillərə qanun səviyyəsində qadağa qoyacaq ilk ABŞ ştatı olacaq. Kaliforniya və Massaçusets kimi ştatlarda eyni qanun 2035-ci ildən qüvvəyə minəcək. Qəbul edilmiş qanun artıq Vaşinqton ştatının 2 qanunverici palatasından keçib və imzalanmaq üçün qubernatora göndərilib. Bu qanun 2030-cu və ondan sonrakı illərdə olacaq benzinli avtomobillərin satışını, alışını və qeydiyyatını qadağan edir. Beləliklə qanun hətta digər ölkədən və ya ştatdan gətirilmiş benzinli avtomobilin alışına da qadağa qoyur.
Buna baxmayaraq məlumatda qeyd edilib ki, yeni qanun layihəsi sərt tələb qismində deyil məqsəd qismində çıxış edir. Buna görə də çox güman ki, qanunda hansısa istisnalar və ya boşluqlar olacaq. Bundan əlavə olaraq sənəddə olan bir bənd var və həmin bəndin reallaşdırılması üçün ştatın bütün nəqliyyat infrastrukturunun 75%-i yollardan istifadə vergisini ödəməlidir. Belə ki, həmin vergi benzin üçün nəzərdə tutulmuş vergini əvəz etməlidir və vergidən əldə olunan gəlir elektromobillər üçün olan infrastrukturun genişləndirilməsində istifadə olunmalıdır.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










