Bərdədə hələ də köhnə avtomobillər dəbdədir - VİDEOREPORTAJ
Avtobazar
14 Sentyabr 2020 23:49

Pandemiya ilə əlaqədar olaraq bölgələrdə yerləşən avtomobil bazarları fəaliyyət göstərmir. Karantin qaydaları yumşaldıqdan sonra Bərdə rayonunda yerləşən maşın bazarı fəaliyyətə başlayıb.
Baku TV-nin əməkdaşları Bərdə avtomobil bazarında vəziyyətlə maraqlanıblar.
İki aya yaxındır ki, bağlı qalan avtomobil bazarı açılıb.
Hər bir rayonun öz maşın bazarı olsa da, pandemiyadan sonra açılan Bərdə bazarlarına alıcılar axın edirlər. Buna səbəb həmin bazarda maşın çeşidlərinin çox olması və avtomobillərin daha münasib qiymətə satılmasıdır.
Bazarda alıcılar xaricdə istehsal olunan avtomobillərdən təkrar satışa çıxarılan “Mercedes” markasına, daha dəqiq desək, bu markanın nisbətən köhnə modellərinə üstünlük verirlər.
Rusiyadan idxal olunan avtomobillərdən isə daha çox “VAZ 2106”, “VAZ 2107”, qiyməti 3000-6000 AZN arasında dəyişən avtomobillərə maraq göstərilir. Bunun da səbəbi həmin avtomobillərin yollara daha davamlı olması, eləcə də, az xərc tələb etməsidir.
Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən avtomobil bazarları hələ də bağlıdır.
Oxunub : 3922
DİGƏR XƏBƏRLƏR
17 Avqust 2026 10:03
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
17 Avqust 2026 09:23
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
14 Avqust 2026 17:39
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
4 Avqust 2026 20:51
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
3 Avqust 2026 17:54
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
1 Avqust 2026 23:11
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
30 İyul 2026 14:54
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
24 İyul 2026 16:18
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
22 İyul 2026 17:39
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
15 İyul 2026 10:00
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
9 İyul 2026 14:16
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
5 İyul 2026 20:31
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
ŞƏRH YAZ










