"BMW" estetik əməliyyatdan çıxan X3 və X4 modelini təqdim etdi - FOTO

«BMW» ən çox satılan X3 və X4 versiyalarına bir növ geniş miqyaslı estetik əməliyyat etdirib. Dəyişikliklər çox təəccüblü olmasa da, modellərə daha sportiv bir görünüş qazandırıb.
Avtosfer.az bildirir ki, hər iki avtomobilin xarici dizaynında minimal dəyişikliklar edilib. Məsələn, fənər dəstləri əvvəlkindən daha incə, radiator barmaqlığının isə əvvəlkindən daha böyük olduğu aydın görünür. Ön bamperlərdə də kiçik dəyişikliklər yaşayan modellər, bu hissədə artıq üçbucaqlı hava kanallarına sahibdirlər. X3 və X4'ün arxa qismində də ciddi dəyişikliklər olunmayıb.
«BMW» X3 və X4 kabinələri üçün yeni 4-cü Seriya modelindən ilham alıb. X3-də standart olaraq təqdim olunan 10.25 düymlük multi media sistemi, Live Cockpit Professional yeniləməsi ilə 12.3 düymə çatır. Böyük ekranlar X4-də isə standart olaraq qalır.
«BMW»nin turbo mühərrikləri 250 at gücü və 350 Nm firlanma anı hasil edə bilir. Bu da avtomobilin 0-100km/saat sürətə 6.2 saniyədə çatmasına kömək edir. «BMW» bu model üçün maksimum sürəti 209 km/saat ilə məhdudlaşdırıb. 3.0 litrlik turbo mühərrikləri və yarı hibrid mühərriklər 382 at gücü və 500 Nm fırlanma anı hasil edə bilir. 0-100 km/s sürətə çatmaq üçün isə 4.6 saniyə səf edilir.
«BMW»-nin X3 modeli Almaniyada 51.000 avrodan, X4 modelləri 55.000 avrodan başlayan qiymətlərlə satılır.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur













