BMW-nin xalis mənfəəti 1,7 dəfə azalıb

Almaniyanın avtomobil istehsalçısı “Bayerische Motoren Werke AG”nin (BMW) xalis mənfəəti 2020-ci ilin yanvar-sentyabr aylarında illik ifadədə təxminən 1,7 dəfə azalaraq 2,11 milyard avro təşkil edib.
Avtosfer.az “Report”-a istinadən xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Hesabat dövründə hər səhm üçün seyrəltilmiş mənfəət 3,2 avro təşkil edib. Ötən il bu göstərici 5,37 avroya bərabər idi. Şirkətin gəliri illik ifadədə 7,1% azalaraq 69,508 milyard avroya düşüb.
Doqquz ay ərzində avtomobil satışları 12,5% azalaraq 1,638 milyon ədəd təşkil edib ki, bunlardan 1,427 milyonu BMW markasının payına düşür (11,3% azalma). “Mini” tədarükləri 20% azalaraq 208,1 min avtomobil, “Rolls-Royce” isə 28,5% azalaraq 2 651 ədədə düşüb.
Üçüncü rübün yekununda şirkətin xalis mənfəəti 17,4% artaraq 1,786 milyard avroya çatıb. Səhm üzrə seyrəltilmiş mənfəət 2,71 avro (ötən ilin analoji dövründə 2,31 avro olub) təşkil edib. Gəlir illik ifadədə 1,4% azalaraq 26,283 milyard avroya düşüb.
Üçüncü rübdə şirkət avtomobil satışlarını 8,6% artıraraq 675 592 ədədə çatdırıb. BMW markasının tədarükləri 9,8% artaraq 585,2 min avtomobilə, “Mini” isə 1,9% artaraq 89,26 min avtomobilə çatıb, “Rolls-Royce” isə 9,5% azalaraq 1 091 ədədə düşüb. Eyni zamanda tədarüklərin üçdə birini əhatə edən Çində bu göstərici 31% artaraq 230,9 min avtomobil təşkil edib.
Qeyd edək ki, BMW avtokonserni BMW, “Mini” və “Rolls-Royce” markalı avtomobillər, motosikletlər və mühərriklər istehsal edir. Şirkətin baş ofisi Münhendədir. Üçüncü rübdə şirkətin ştatı 124,19 min nəfərdən ibarət olub.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










