Bölgədəki maşın bazarlarında vəziyyət ürəkaçan deyil - VİDEO

Satan çoxdur, alan az... Görüntülər Tovuzdakı avtomobil bazarındandır... Satıcıların çoxu deyir ki, artıq dördüncü dəfədir nəqliyyat vasitəsini satmaq üçün bazara çıxarır.. Satıcıların dili ilə desək alıcı qıtlığı yaşanır. Alıcılar isə qiymətlərin od tutub yandığını deyirlər.
2019-cu ilin sonuncu bazar günündə Gəncənin avtomobil bazarında isə nisbətən canlanma müşahidə olunur. Regionun əsas avtomobil bazarına həmişəki kimi Gəncə şəhəri ilə yanaşı, ətraf bölgələrdən də gələnlər var. Alıcılar arasında qiymətləri normal hesab edən də var, baha olduğunu düşünənlər də.
Satıcılar isə qiymətlərin baha olması fikri ilə qismən razılaşalar da, bunun onlardan asılı olmadığını iddia edirlər.
Bura isə regionun ən böyük maşın bazarlarından biri olan Bərdənin avtomobil bazarıdır. Həftədə iki dəfə satış həyata keçirilən bazarda satan çoxdur, alan az.
Son günlər bazarda qiymətlər bir qədər aşağı düşsə də, alıcı tapılmır. Alıcı satıcıdan, satıcı da alıcıdan nazarıdır. Satıcıların sözlərinə görə, ildən-ilə avtomobillərin buraxılış ili köhnəldiyindən qiymətəri də ucuzlaşır. Bazarda daha cox tələbat isə keçmiş sovet istehsalı olan avtomobillərədir.
Satıcılar deyirlər ki, şəhər yerlərindən fərqli olaraq, rayonlarda və xüsusilə də kənd yerlərində Avropa və yapon istehsalı olan avtomobilləri sürmək sərfəli olmadığından onların müştərisi də azdır.
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir










