Unikal Lada 2103 sedanı satılır

Bu günlərdə Rusiyanın Auto.ru saytında satış haqqında maraqlı bir elan dərc edilib. Elanda avtomatik ötürmələr qutusu ilə təchiz edilmiş Lada 2103 sedanın satıldığı deyilir. 1981-ci ilin istehsalı olan və odometrində 10 min kilometr yürüş göstəricisi olan avtomobil üçün 1,2 milyon rubl (27,7 min manat) istənilir.
Satışa çıxarılmış sedan əsaslı şəkildə bərpa edilib və ilkin görünüşünə sahib olub. Lada 2103 sedanı 64 at qüvvəli 1,5-litrlik dördsilindrli benzin mühərriki və General Motors konserninin istehsalı olan üç pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilib. Belə modifikasiyanın buraxılması ilə Voljsk avtomobil zavodunun Hollandiyadakı distribütoru məşğul olub.1977-1983-cü illər arasında cəmi 250 ədəd belə avtomobil istehsal edilib.
Mavi rəngli dəri salona malik olan Lada 2103 modeli Novosibirskdədir. Satıcı onu istənilən şəhərə göndərməyə hazırdır.
Mənbə: Auto.ru
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










