Çin avtomobil şirkəti “General Motors” u üstələdi - FOTO
Çinin elektrikli avtomobil istehsalçısı NIO-un gəlirləri GM konserninin kapitallaşma səviyyəsini aşıb.
Avtosfer.az Bloomberg-ə istinadla xəbər verir ki, NIO-nun hazırkı kapitalı 57,69 milyard dollardır. Təəccüblüdür ki, yalnız bir ayda şirkətin dəyəri iki dəfədən çox artıb. Amma General Motors, birja tərəfindən 53,15 milyard dollar olaraq qiymətləndirilir.
Dəyər artımı Çin hökumətinin iqtisadiyyatın yaşıllaşdığını elan etməsindən sonra baş verib. Bu, elektrikli nəqliyyat vasitələrinə olan tələbin artmasına səbəb olub.
Xatırladaq ki, yaxın gələcək üçün perspektivli nəqliyyat vasitəsi sayılan elektrikli nəqliyyat vasitələrinə olan tələb, “Tesla”nın səhmlərinin 415 milyard dollara qədər artmasına səbəb olub ki, bu da eyni parametrdə olan “Toyota”nı atlamağa imkan verib.
Qeyd edək ki, NIO 2017-ci ildən bəri yalnız 64 min avtomobil istehsal edib. GM isə yalnız bir ildə 3 milyon avtomobil satıb. Eyni zamanda, Çin şirkəti aktiv olaraq enerji doldurma stansiyaları şəbəkələri və batareyaları dəyişdirmə nöqtələri yaradır. Təkcə nəqliyyat vasitələrinə deyil, həm də infrastruktura investisiya qoyur və buna daha çox əhəmiyyət verir.
Nərminə Novruzova
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










