Çin enerji ilə işləyən yeni avtomobil istehsal edəcək

Çin hökuməti ötən gün 2021-2035-ci illərdə yeni enerji ilə işləyən nəqliyyat vasitələri (NEV – New Energy Vehicles) istehsalına dair planını açıqlayıb.
“Report” “Xinhua”ya istinadən xəbər verir ki, Dövlət Şurası (Nazirlər Kabineti) tərəfindən açıqlanan planda beş strateji hədəf ortaya qoyulur. Bunlar texnoloji innovasiyalar yaratma qabiliyyətini artırmaq, yeni tipli sənaye müəssisələri inşa etmək, sənaye inteqrasiyasını və inkişafını sürətləndirmək, infrastrukturu təkmilləşdirmək, əməkdaşlıq əlaqələrini dərinləşdirməkdir.
Xüsusi hədəflər arasında 2025-ci ilədək yeni sərnişin elektrik nəqliyyat vasitələrində enerji sərfiyatını 12 kV-100 km səviyyəsinə çatdırmaq, avtomobillər satışlarında yeni NEV-lərin payını 20 faizə çatdırmaq da var. 2035-ci ilədək sırf elektrik avtomobillər yeni nəqliyyat vasitələri satışlarının əsas hissəsini təşkil etməklə ictimai nəqliyyatda yalnız elektrik vasitələr istifadə olunacaq.
Qeyd edək ki, hazırda dünyada NEV satışlarının 55 faizi Çinin payına düşür.
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










