Çin virusu dünya avtomobil biznesində istehsal zəncirini dağıda bilər

Dünyada ən böyük avtokomponentlər təchizatçısı olan “Bosch” şirkətinin top-menecerləri xəbərdarlıq ediblər ki, koronavirus qlobal təchizat zəncirinə təsir edə bilər. Avtosfer.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu təchizat Çindən çox asılıdır.
Şirkətin nümayəndəsi Folmar Denner bildirib ki, onlar bu məsələdən çox narahatdırlar. O, qeyd edib ki, şirkət elektrik mühərriklərinin, transmisiya və avtomobillər üçün güc elektronikasının ixracı üçün qalobal istehsal bazası kimi Çinə arxayındır: “Bizə gözləmək və hadisələrin necə inkişaf etdiyinə baxmaq lazımdır. Əgər belə vəziyyət qalmaqda davam edərsə, o zaman nəql zənciri pozulacaq. Proqnozlar var ki, infeksiyanın pik həddi fevral və marta qədər davam edəcək”.
Qeyd edək ki, “Bosch”un virusun yayılmağa başlandığı Uhan şəhərində sükan idarəetməsi sisteminin istehsalı üzrə iki zavodu var. Bundan əlavə, şirkət Çinin digər şəhərlərindəki istehsal müəssisələrindən də fəal istifadə edir.
İlkin
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










