Çində avtomobil satışları 11,6 faiz azalıb

Dünyanın ən böyük avtomobil bazarı olan Çində yanvarda avtomobil satışları əvvəlki ayla müqayisədə 11,6 faiz azalıb.
Avtosfer.az bildirir ki, AZƏRTAC Çin Avtomobil İstehsalçıları Assosisasiyasına istinadla xəbər verir ki, azalmada əsas pay yerli istehsal avtomobillərə düşüb. Yerli istehsalın azalmasına səbəb isə çip çatışmazlığı olub.
Məlumdur ki, 18 il ardıcıl artımdan sonra dünyanın ən böyük avtomobil bazarı olan Çində son 3 ildə satışlarda azalma tempi müşahidə olunur. Əgər 2018-ci və 2019-cu ildə qeydə alınan azalmalar sırf alıcı tələbatı ilə bağlı idisə, ötən ilki azalma COVID-19 pandemiyasının təsiri ilə əlaqədar olub. Keçən ilin aprelindən sonra pandemiyanın mənfi təsirlərinin azalması fonunda iqtisadiyyatın bərpası avtomobil bazarının canlanmasına səbəb olub.
Cari ilin yanvarında Çində avtomobil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 29,5 faiz artıb. Mütəxəssislər bu tempin davam edəcəyi halda Çinin avtomobil bazarında illik artım tempinin bərpa olunacağını güman edirlər.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










