Daha 5 avtomobil hərraca çıxarıldı- "Toyota", "Nissan", "Passat" 5 mindən

Avtobazar 12 Dekabr 2020 14:32 Oxunub 2716
Daha 5 avtomobil hərraca çıxarıldı- "Toyota", "Nissan", "Passat" 5 mindən
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yanvarın 12-də növbəti hərrac keçiriləcək. Avtosfer.az ƏMDX-nə istinadən verdiyi məlumata görə, hərraca 31 dövlət əmlakı çıxarılacaq. Bunlardan 5-i avtomobildir. Özəlləşdirməyə çıxarılan nəqliyyat vasitələrinin siyahısını sizlərə təqdim edirik:               

1) Milli Məclisin İşlər İdarəsi “Nissan Maxima” 2007-ci il / 5040 AZN

2) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar cəmiyyəti. “Toyota Land Cruiser”  1999-cu il / 27900 AZN

3)  Baş Prokurorluq. “Volkswagen Passat”   2010-cu il / 4750 AZN

4) Baş Prokurorluq. “Volkswagen Passat”   2009-cu il / 4500 AZN                       

5) Suraxanı Rayon İcra Hakimiyyəti  “Nissan Maxima2005-ci il / 6000 AZN 

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər. Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh