Diqqət: Avtomobillərin alqı-satqı zamanı qeydiyyat qaydası dəyişdi

Nazirlər Kabineti "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də dəyişiklik edib.
Qüvvədə olan Əsasnaməyə əsasən, nəliyyat vasitələri və onların ehtiyat hissələrinin satışı ilə məşğul olan ticarət təşkilatlarının, komisyon mağazaların uçotunun aparılmasını, satılmış avtomobillərin yol hərəkətinə müvəqqəti buraxılması üçün "tranzit" nişanları və hesab-arayış blankları ilə təchiz olunmasını və onların sərf edilməsinə müvafiq qaydada vaxtaşırı nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirib.
Dəyişikliyə əsasən, Daxili İşlər Nazirliyinin vəzifələr sırasından nəliyyat vasitələri və onların ehtiyat hissələrinin satışı ilə məşğul olan ticarət təşkilatlarının, komisyon mağazaların hesab-arayış blankları ilə təchiz olunmasını çıxarılıb.
İndiyə qədər nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi istehsalçı zavodun, yaxud nəqliyyat vasitəsinə xüsusi avadanlıq quraşdırmış zavodun təhvil-təslim aktı və nəqliyyat vasitəsinin satılması barədə istehsalçı müəssisənin verdiyi arayış-hesabla təsdiq edilib. Dəyişikliyə əsasən, arayış-hesab siyahıdan çıxarılıb, bu sıraya alqı-satqı müqaviləs daxil edilib.
Qüvvədə olan Əsasnaməyə görə, idman saraylarında, stdionlarda idman tədbirdləri vaxtı əşya lotoreyası keçirilərkən və başqa hallarda vətəndaşların udduqları nəqliyyat vasitələri mağazanın verdiyi arayış-hesab əsasında bu Əsasnamədə göstərilən qaydada qeydiyyata alınıb. Arayış-hesabın əks tərəfi lotoreya komissiyasının üzvləri tərəfindən doldurulmaqla avtomotonəqliyyatı udmuş şəxs haqqında məlumatlar yazılıb, lotoreya komissiyasının sədri və tədbir keçirən idarənin rəhbərliyi tərəfindən imza edilib və möhürü ilə təsdiqlənib. Dəyişikliyə əsasən, bundan sonra idman saraylarında, stdionlarda idman tədbirdləri vaxtı əşya lotoreyası keçirilərkən və başqa hallarda vətəndaşların udduqları nəqliyyat vasitələri lotereya təşkilatçısının verdiyi arayış əsasında bu Əsasnamədə göstərilən qaydada qeydiyyata alınacaq. Arayışda nəqliyyat vasitəsini udmuş şəxs haqqında məlumatlar yazılacaq, lotereya təşkilatçısı tərəfindən imza edilir və möhürlə təsdiqlənəcək.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











