DİQQƏT: Bu avtomobillərin ölkəmizə idxalı azalacaq
Koronavirus pandemiyasının təsirləri özünü istənilən sektor üzrə büruzə verir. Bəzi sektorda azalma, bəzilərində isə artım müşahidə olunur.
Maraqlıdır, Covid-19 Azərbaycanda avtomobil bazarına necə təsir göstərdi? Bu müddət ərzində hansı modellərin ölkəmizə idxalı dayandırıldı?
Mövzu ilə bağlı TED.az-a danışan avtomobil üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar biznesin bir çox sahələrinə zərər dəyib: "Bunlar əsasən, turizm, restoran və tikinti sektorlarıdır. Buna görə də, Azərbaycana idxal olunan avtomobillər arasında ən çox yük avtomobillərinin sayının azaldığını müşahidə edirik. Sərnişin tutumu təxminən 11 nəfər olan mikroavtobusların da Azərbaycana idxalı azalıb. 3 il öncə bu avtomobillərin ölkəmizə idxalı çox idi, xeyli yük maşınları, turizm üçün nəzərdə tutulan mikroavtobuslar daşınırdı. Bu gün isə Azərbaycana daha çox minik avtomobilləri idxal edilir".
Mütəxəssisin proqnozuna görə, pandemiyanın hazırda yaşanan ikinci dalğası da qeyd etdiyim yük avtomobillərinin idxalına təsir göstərəcək: "İkinci dalğa gedişində sərnişin tutumu 11 nəfərlik olan, turizm üçün nəzərdə tutulan mikroavtobuslara, tutumu 20, 24, 30 nəfərlik avtobuslara ehtiyac azalacaq. Çünki şəhərlərarası səfərlərin sayı getdikcə azalır. Fikrimcə, Azərbaycan yaxında bu üç seqment avtomobillərin idxalını azaldacaq".
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










