Dünya avtomobil bazarında elektromobillərin payı artacaq

Dünya avtomobil bazarının yarısından çoxu 2033-cü ildən sonra elektromobillərin payına düşəcək.
Avtosfer.az NGV-yə istinadən xəbər verir ki, “Rystad Energy” enerji tədqiqatları və məsləhət mərkəzinin hesabatına görə, bu ilin sonunda dünya avtomobil bazarında elektrik maşınlarının payı 6,2 faiz, gələn il isə 7,7 faiz təşkil edəcək.
Yaxın illərdə elektromobillərin tətbiqi sahəsində birinciliyi əldə saxlayacağı gözlənilən Avropanın elektrlomobil satışlarındakı payı bu ildə 10 faizi, 2025-ci ilədək də 20 faizi ötəcək. Sonrakı yerlərdə Şimali Amerika və Asiya olacaq.
Həmçinin 2050-ci ilədək Afrikadan başqa bütün regionlarda elektromobillərin payının 100 faizə yaxınlaşacağı güman edilir.
Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) hesablamalarına görə, dünyada 2030-cu ilədək karbon qazı tullantılarının 40 faiz azaldılması hədəfinə çatmaq üçün sərnişin avtomobil vasitələri satışlarında elektrik maşınlarının payı 50 faizə çatdırılmalıdır.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










