Elektromobil bazarında ötən ilin nəticələri: Tesla birinci yeri tutdu
“EV Sales” tematik resursu 2020-ci il üçün elektromobil bazarının nəticələrini araşdırıb. Bazarın lideri bir il əvvəl olduğu kimi, Tesla Model 3 olub. Təkcə bu model ümumi bazarın 12%-ni təşkil edir. Ümumilikdə, 2020-ci ildə 365.240 Model 3 satılıb. İkinci yerdə yeni gələn Çinli Wuling HongGuang Mini EV olub. Bu model bazarın 4%-nə sahibdir. Ötən il ərzində 119.255 ədəd HongGuang Mini EV satılıb. Maraqlıdır ki, bu il Wuling HongGuang Mini EV sürətini azaltmır: Çində yanvar ayında bu elektrikli avtomobillər 30.000 ədədən çox satılıb.
Əgər il boyu tələb eyni qalırsa, bu avtomobilin 2021-ci il üçün dünya reytinqində Tesla Model 3-ü keçmək üçün hər şansı var.
Üçüncü yeri isə Avropalı "qoca" Renault Zoe tutub – 100 431 avtomobil satılıb və bazarın 3%-ni tutub.
Tesla Model Y krossoveri satışa çox sürətlə başlayıb. Bu modelin satış sayı 79.734-ə çatıb, bazarın 3%-ni, reytinqdə isə 4-cü yeri tutur. (ted.az)
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










