Elektromobillərin qlobal satışları "BMW" və "Mercedes" in dominantlığını azaldıb

Tarixən "toxunulmaz" sayılan Almaniyanın avtomobil sənayesinin nəhəngləri "Mercedes”, BMW və "Audi" şirkətləri qlobal bazardakı mövqeləri "Tesla" və digər lüks elektrik mühərrikli avtomobil istehsalçılarına görə zəifləyib.
Avtosfer.az-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bunu "Piper Sandler & Co." investisiya şirkətinin analitiki Aleksandr Poter deyib.
Analitik qeyd edib ki, avtomobil sənayesində elektrikləşmə trendi yalnız "Mercedes", BMW və "Audi"yə gözəçarpan dərəcədə təsir edəcək: "Hər dəfə "Tesla" yeni mağaza açdıqda, almanlar bazardakı paylarını bir qədərdə itirir. Yeni mağazaların açılması üçün isə imkanlar çoxdur".
Qeyd edək ki, 2020-ci ildə "Mercedes"in ümumi avtomobil satışında BMW-ni üstələməsinə baxmayaraq, elektromobillərin satışında BMW əsas rəqibindən daha uğurlu olub. Ötən il BMW-nin elektromobil satışları 193 min təşkil etdiyi halda, "Mercedes" cəmi 160 min elektromobil realizə edib. "Audi" öz növbəsində, 47 min elektrik mühərrikli avtomobil satıb.
BMW-nin elektromobil bazarına çoxalan diqqəti (xüsusən Çində) "Tesla"nın bu ölkənin avtomobil bazarında artan təsirindən irəli gəlir. Cavab tədbirləri kimi, BMW hibrid və elektrik mühərrikli avtomobillərinin istehsalını iki dəfə artırmağı planlaşdırır, "Mercedes" isə yeni tam elektrikləşmiş modelin buraxılışına hazırlaşır.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










