“Ferrari Roma”: yeni quruluşla tarixi dizaynın kəsişməsində - FOTO

“Ferrari” çoxdan “Portofino” kabrioletindən üstü örtülü kupe düzəltmək fikrinə düşüb. İtaliyalılar bu məsələyə milli kreativlik və fantaziya baxımından yanaşıblar.
Avtosfer.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Roma” adlı yeni model İtaliyanın paytaxtına və “Ferrari”nin zəngin tarixinə həsr olunub.
“Roma”nın zahiri görünüşünü həm gələcəyə addım, həm də tarixə hörmət kimi qələmə vermək olar. Şirkətdən bildirirlər ki, yeni modelin görünüşünə ötən əsrin ən yadda qalan modelləri, xüsusi ilə də “250 GT”, təsir göstərib. İlk növbədə futuristik radiator reşotkasını və ekstravaqant dal faralarını qeyd etmək olar.
Kupenin salonunda da yeniliklər var. Belə ki, ilk dəfə olaraq sürücü və sərnişin yerləri bir-birindən tamamilə ayrı görünür – kreslolar sanki iki yanaşı kapsüllərdədir. Arakəsmənin başında isə 8,4 düymlük vertikal monitor yerləşdirilib.
Bundan əlavə sərnişinin öz “cihaz paneli” var: burada o kreslo və pəncərəni idarə etmək, və ya istədiyi mahnını seçmək imkanı əldə edib. Arxa sərnişin yerləri çox kiçik ölçülü quraşdırılıb: istehsalçı kupelər üçün adi olan “2+2” formulundan imtina edib, modelini “2+” adlandırıb.
“Roma”nın qabaqda yerləşən mühərriki “Portofino” ilə eynidir və onu gücdə bir qədər üstələyir: “3,9 litrlik V8 Turbo” 600 at gücü əvəzinə 620 at gücünə malikdir. Buna görə “Roma” əcdadından bir az daha sürətlidir. O 100 km/s sürətini 3,4 saniyəyə yığır, maksimal sürəti isə 320 km/s-dır.
Sürət qutusunda da müəyyən dəyişikliklər var: 7 pilləli avtomat qutu əvəzinə yeni model 8 pilləli diapazonlu qutu əldə edib.
“Roma” gələn ilin yazında satışa çıxarılacaq. Onun təxmini qiyməti 200 min avro (376 min manat) civarında olacaq.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










