"Gəncə Avtomobil Zavodu" yeni müqavilələr imzalayıb

"Gəncə Avtomobil Zavodu" (GAZ) İstehsalat Birliyi Belarus şirkətləri ilə əməkdaşlığı bundan sonra da sıx davam etdirəcək. Avtosfer.az Report.-a istinadən xəbər verir ki, bunu müəssisənin Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib. Onun sözlərinə görə, GAZ bu ilin sonuna kimi Minsk Traktor zavodu ilə 1000 ədəd traktorun və BELAVTOMAZ konserni ilə isə 7 ədəd ağır tonnajlı avtomobilin yığılması üçün komplekləşdiricilərin göndərilməsi ilə bağlı müqavilə imzalayıb.
"2006-cı ildə Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən sonra bu ölkənin şirkətləri ilə müntəzəm əməkdaşlıq davam edir. Müəssisəmiz Belarus-Azərbaycan iqtisadi əlaqələri çərçivəsində fəaliyyətini xeyli genişləndirib. Hazırda 6-7 Belarus şirkəti ilə sıx əməkdaşlıq edirik. Aprelin 13-14 də Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakıya işgüzar səfəri zamanı bağlanılan ikitərəfli əməkdaşlıq sazişi çərçivəsində daha bir neçə müqavilə imzalanıb ki, bu da müəssisəmizin inkişafında xüsusi rol oynayacaq”, - deyə X.Fətiyev qeyd edib.
Müşahidə Şurasının sədri onu da bildirib ki, bu əməkdaşlıq çərçivəsində digər layihələr üzrə də işlər davam etdiriləcək. Belə ki, sifarişlər olduğu təqdirdə bütün növ texnikaların yığımını reallaşdırmaq mümükün olacaq.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










