“Gəncə Avtomobil Zavodu”nun xalis mənfəəti 5 dəfəyədək artıb

“Gəncə Avtomobil Zavodu” İB-nin 2019-cu ili 4 mln 993,4 min manat xalis mənfəətlə başa vurub.
Avtosfer.az İB-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 4,8 dəfə çoxdur.
Ötən il “Gəncə Avtomobil Zavodu”nun vergiyəqədərki mənfəəti 6 mln 241,7 min manat (əvvəlki ilə nisbətən 4,9 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1 mln 248,3 min manat (4,9 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Gəncə Avtomobil Zavodu”nun aktivləri 79,3 milyon manat olub ki, bu da illik müqayisədə 35,7% çoxdur. Bunun 24,3 milyon manatı torpaq, tikili və avadanlıqlar (əvvəlki ilə nisbətən 3,3 dəfə çox), 43 mln manatı isə ehtiyyatlar (təxminən 4,1 dəfə çox) təşkil edib.
Hesabat dövründə “Gəncə Avtomobil Zavodu”nun öhdəlikləri 5,7% artaraq 56,6 milyon manata, balans kapitalı isə 4,6 dəfə artaraq 22,7 milyon manata çatıb.
Xatırladaq ki, 1986-cı ildə əsası qoyulmuş “Gəncə Avtomobil Zavodu”nun istehsal gücü layihəyə əsasən 30 min ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanıb. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlanmalı olsa da, Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalıb. Yalnız 2004-cü ilin dekabırında “Gəncə Avtomobil Zavodu” işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










