İki supersedanı bazara çıxmamış hərracda satdılar - FOTO

Arizona ştatının Skotsdeyl şəhərində keçirilən "Barrett-Jackson" hərracında "Cadillac Blackwing" sedan tipli avtomobilinin CT4-V və CT5-V modelləri 430000 dollara satılıb. Sonu 001 ilə bitən VİN nömrəli bu iki avtomobilin satışından əldə olunan vəsait onların bazar qiymətindən xeyli yuxarıdır. Belə ki, CT4-V Blackwing ABŞ-da 87775 dollara, CT5-V Blackwing isə 125980 dollara bazara təqdim olunur. Məsələ bundadır ki, "bahasına" satılan bu sedanlardan əldə olunan vəsait "Black Ambition" xeyriyyə təşkilatına verilib.
Yeni avtomobillərin alıcıları bonus qismində Nevada ştatında fərdi sürücülük kurslarına sertifikat, həmçinin bu yaxınlarda keçiriləcək IMSA avtomobil yarışı çempionatına biletlər əldə ediblər.
Qeyd edək ki, CT4-V Blackwing və CT5-V Blackwing idman avtomobillərinin ilk 250 ədədinin hamısı fevralın 1-də onlayn sifarişlərin başlanmasından sonra cəmi bir neçə dəqiqə ərzində bronlanıb. Bu avtomobili əldə etmək istəyən, lakin bronlamağa imkan tapmamış CT4-V və CT5-V həvəskarları gözləmə cədvəlində qeydiyyata dura bilərlər. (Sputnik Azərbaycan)
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










