Kia Optima GT modelinin ilk şəkili peyda olub

Cənubi Koreyanın TheKoreanCarBlog saytı yeni Kia K5 (digər bazarlarda Optima kimi tanınan) modelinin “qaynar” versiyası olan K5 GT sedanının casus şəkillərini dərc edib . “Qaynar” modifikasiya ön bamperin dizaynı, buraxılış sisteminin iki cütlənmiş çıxış borusu və orijinal təkər diskləri ilə fərqlənir. Kia şirkəti sedanı tam ötürmə və yeni turbomühərrik ilə təchiz etməyi planlaşdırır.
Kia şirkəti beşinci nəsil Optima modelinin top versiyasının eksteryer dizaynına konservativ şəkildə yanaşsa da, "qaynar" modifikasiyadakı fərqlər əvvəlkindən daha çoxdur: sedanın idman xarakterinə səsboğucu sistemin çütlənmiş xrom çıxış boruları və diffuzorun forması işarə edir.

GT modifikasiyasının arxa bamperi adi K5/Optima modelləridəki bamperlə demək olar ki, eynidir. Standart modellərdə səsboğucu sistemin çıxış borluarı gizlədilsə də, GT modelində onlar sanki qəsdən nümayiş etdirilirlər.
Bundan başqa, GT modifikasiyası özünəməxsus diayna malik olan ikirəngli 19-düymlük təkər diskləri (adi versiyalarda18-düymlük), həmçinin bir qədər dəyişdirilmiş ön bamperə də malik olacaqdır. K5 GT modelinin qırmızı rəngli əyləc supportlarını əldə edəcəyi ehtimallar arasındadır, lakin test prototipində mexanizmlər ənənəvi gümüşü rəngə boyanıblar.

Optima GT modelinin interyer şəkilləri yoxdur, lakin salonda daha güclü yan dəstəyinə malik olan ön oturacaqların, GT loqosu olan idman sükan çarxının, ön panelin və qapı kartlarının alüminiumdan işləmələrinın olacağı, həmçinin interyerin genişləndirilmiş fərdiləşdirmə variantlarının təklif ediləcəyi gözlənilir.
Kia K5/Optima GT modelinin yeni nəslinin nəzərə çarpacaq dərəcədə güclü və sürətli olacaqdır: sedan Theta3 ailəsinin yeni üzvü olan və 290 at qüvvəsi və 455 Nm fırlanma anı hasil edən 2,5 litrlik turbomühərrik ilə təchiz ediləcəkdir. Güc aqreqatı 8-pilləli preselektiv "robot" ilə tandemdə çalışacaqdır. Bundan başqa, ilk dəfə olaraq, sedan opsional tam ötürmə sistemini də əldə edəcəklər.

Kia Optima GT modelinin təqdimatının yaxın zamanlarda keçiriləcəyi gözlənilir. Çox güman ki, «qaynar" modifikasiya yeni modelin Şimali Amerika bazarındakı debütü ilə eyni vaxtda təqdim ediləcəkdir.
Mənbə: TheKoreanCarBlog (autograph.az)
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











