Maşın bazarında alverçilər istədikləri kimi "at oynadır" - ÖZBAŞINALIQ

“Yaz aylarında avtomobil bazarında “ikinci əl” maşınların qiyməti bahalaşacaq”. Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkənin avtomobil bazarında “ikinci əl” maşınların satışı ilə bağlı mövcud vəziyyəti şərh edən yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyib. Ekspertin sözlərinə görə, mövcud şəraitdə avtomobil bazarında hökm sürən özbaşınalıq vətəndaşların aldadılaraq, maddi zərərlə üzləşmələrinə səbəb olur: “Son illər “ikinci əl” avtomobillərə tələbat yüksəlib. Bu tələbatdan istifadə edən dəllallar xarici ölkələrdən ucuz qiymətə vurulmuş, əzilmiş maşınları alaraq, təmir etdirir və vətəndaşlara baha qiymətə satırlar.
Həmin dəllallar avtomobil bazarında qiymətləri öz maraqlarına uyğun şəkildə müəyyən etməklə, bazarda at oynadırlar. Ona görə də, avtomobil bazarına dövlət nəzarətinin artırılmasına ehtiyac var.
Eyni zamanda, ölkəyə gətirilən avtomobillərin böyük hissəsi Gürcüstandan idxal olunur və bu, arzuolunan hal deyil. Azərbaycana gətirilən avtomobillərin birbaşa istehsal olunduğu ölkələrdən alınması daha məqsədəuyğundur. Bununla yanaşı, gömrük rüsumlarının azaldılması da avtomobil bazarında qiymətlərə təsir göstərə bilər”.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










