Maşın bazarında fantastik qiymətlər - Şişirdilmiş qiymətlər, alverçilərin oyunu - VİDEO
Avtobazar
5 İyul 2021 13:43

Yay mövsümü avtomobil bazarı üçün adətən canlanma ilə xarakterizə olunur. Bu il isə mənzərə tam fərqlidir. Bazarda alıcılıq olduqca aşağıdır. Sedanlarla yanaşı SUV-ların da alıcısı yoxdur. Avtomobil axtaranlar isə qiymətlərin yüksək olduğunu deyir. Satan çox, alan isə demək olar ki, yoxdur. Paytaxtın maşın bazarında bu gün də satışa xeyli avtomobil çıxarılsa da alıcılıq olduqca aşağı olub.
Havanın isti olması ilə avtomobilini sata bilməyənlər bazarı daha da tez tərk etdilər. Satıcılar alıcılığın aşağı olduğunu deyirlər.
Ai 95 markalı benzinin qiymətinin qalxması isə bu benzinlə işləyən avtomobillərin qiymətinə təsir etməyib. Belə avtomobilləri satanlar deyir ki, bu maşınlara tələbat da, qiymət də əvvəlki kimidir.
Xüsusilə yay aylarında daha çox tələbin artdığı suv tipli avtomobillərə də alıcı tapılmır. Avtomobil sahibləri deyir ki, bir neçə həftədir ki, maşınlarını sata bilmirlər.
Alıcılar isə bəzi marka avtomobillərin qiymətinin hədsiz şişirildiyini və buna görə də baha olduğunu deyirlər. Lakin xarici ölkələrdən gətirilən yeni modellərin sayının artması ilə bu tip maşınların qiyməti demək olar ki, əvvəlki qaydada qalıb.
Alıcılığın payız mövsümünə dogru normallaşacağı gözlənilir.
Oxunub : 2000
DİGƏR XƏBƏRLƏR
17 Avqust 2026 10:03
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
17 Avqust 2026 09:23
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
14 Avqust 2026 17:39
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
4 Avqust 2026 20:51
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
3 Avqust 2026 17:54
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
1 Avqust 2026 23:11
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
30 İyul 2026 14:54
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
24 İyul 2026 16:18
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
22 İyul 2026 17:39
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
15 İyul 2026 10:00
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
9 İyul 2026 14:16
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
5 İyul 2026 20:31
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
ŞƏRH YAZ










