"Mercedes-Benz" yeni elektrikli avtomobili EQA-nı təqdim etdi

Avtobazar 27 Yanvar 2021 10:09 Oxunub 1844
"Mercedes-Benz" yeni elektrikli avtomobili EQA-nı təqdim etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mercedes-Benz, elektrikli avtomobillərinin ilk nümunəsi olacaq yeni Mercedes EQA-nı təqdim etdi. 268 at gücünə sahib avtomobil fevral ayından İngiltərədə satışa təqdim ediləcək.

Alman avtomobil istehsalçısı Mercedes-Benz Premium seqmentində ilk elektrik avtomobili olan Mercedes EQA-nı təqdim etdi. 486 kilometr sürüş məsafəsi olan yeni model 66,5 kv/saat batareyaya sahibdir və 8,9 saniyəyə  0-dan 100 km/san sürətə çıxa bilir.

Mercedes EQA təkcə avadanlıqları ilə deyil, həm də avtomobilin salonuna tətbiq olunan lüks dizaynı ilə diqqət çəkir. Nappa dəri örtüklü sükan və xüsusi oturacaq döşəməsinə sahib olan yeni model İngiltərədə fevral ayında satışa təqdim ediləcək .

Yeni Mercedes EQA-ya ilk baxışdan havalandırma barmaqlıqlarının çıxarıldığı və son dərəcə böyük və geniş bir logo ilə əvəz olunduğu diqqət çəkir . Logo və ziddiyyətli rənglərə sahib olan tampon, far yığımı ilə birlikdə EQA-nı bu gün üçün uyğun bir avtomobil halına gətirdi.

A Seriyası və GLA seriyası modellərində istifadə olunan platforma da yeni EQA-da istifadə olunub, lakin elektrik xüsusiyyətinə görə xüsusilə avtomobilin aşağı hissəsində böyük dəyişikliklər edilib.

3 fərqli avadanlıq paketinə sahib olacaq Mercedes EQA- nın standart avadanlıq paketi süni dəri üzlük, elektriklə tənzimlənən oturacaqlar, dəri sport sükan, ətraf mühit işıqlandırma sistemi və 64 rəngdən ibarət aydınlatma sistemi mövcuddur.

MBUX əyləncə sistemi və bir çox təhlükəsizlik tədbiri standart olaraq gəlir

EQA-nın standart avadanlıq paketi 7 düymlük multimediya ekranına sahib olsa da, daha bahalı paketlərdə bu ekran 10,25 düym olaraq təklif olunur. Mercedes-in multimediya texnologiyasını yeni səviyyəyə çıxardığı MBUX əyləncə sistemi beləliklə standart olaraq istifadəçilərə təqdim ediləcək.

Mercedes EQA standart olaraq adaptiv zolaqlı izləmə və aktiv əyləc yardımçılığı ilə geniş bir sürücü yardım texnologiyasına malikdir. Aktiv kor nöqtəsinə yardım və aktiv sürət həddi yardımı kimi bir çox digər təhlükəsizlik tədbirləri seçim olaraq mövcud olacaq.

268 at gücünə və 486 kilometr sürüş məsafəsinə malik Mercedes EQA

Əvvəl də qeyd etdiyimiz kimi, 66,5 kVt / saat batareyalarla təchiz olunmuş EQA, 486 kilometr sürüş məsafəsinə və 268 at gücünə malikdir .

ŞƏRH YAZ
Ad

E-mail

Şərh