Məşhur müğənninin "Maserati"si satışa çıxarılır - FOTO

İngilis rok müğənnisi və bəstəkarı Elton Johna məxsus 2005-ci il tarixli Maserati Quattroporte 18-25 fevral tarixində auksiona çıxarılacaq. Avtosfer.az xəbər verir ki, avtomobilə bonus olaraq yeni sahib, ulduz bəstəkarın əsərlərindən ibarət kolleksiya, əlcəklər və "Maserati"dən Elton Johna ünvanlanmış avtomobilin onun kolleksiyasına məxsus olduğunu bildirən məktuba sahiblənəcək. Avtomobilin satış qiyməti 15-40 min funt sterlinq arası dəyərləndirilir.
Tünd rəngli Verde yaşıl rəngə boyanmış avtomobil, arxa hissədəki kiçik cızıqlarını və bir az aşınmış təkərləri nəzərə alınmasa mükəmməl vəziyyətdədir.
16 ilin avtomobili olan Maserati Quattroporte cəmi 45.855 kilometr məsafə qət edib.
Satışa çıxarılan Quattroporte beşinci nəslə aiddir. Sedan 400 at gücünə və 451 Nm fırlanma anına malik 4.2-litrlik V8 mühərriklə təchiz edilmişdir. Quattroporte 5.2 saniyəyə sürətlənir və saatda 275 kilometr sürət göstərir.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur














