“Moody’s” avtomobil satışı ilə bağlı proqnozunu azaldıb

“Moody’s” beynəlxalq reytinq agentliyi cari ildə dünyada avtomobil satışlarının 20 faiz azalacağını güman edir.
Avtosfer.az “Report”-a istinadən xəbər verir ki, əvvəlki proqnozda azalma 14 faiz həcmində göstərilirdi.
2020-ci ildə avtomobil satışlarının Avropada 30 faiz, ABŞ-da 25 faiz, Çində isə əvvəlki proqnozdakı kimi 10 faiz azalacağı qeyd olunur. Eyni zamanda gələn il satışların 11,5 faiz artacağı güman edilir.
Xatırladaq ki, Miçiqanda GMC, “Ford”, “Fiat Chrysler”ə məxsus müəssisələrin mayın 18-dən yenidən işə salınacağı bildirilib. Belə ki, hər üç şirkət COVID-19 pandemiyası ilə bağlı martın 18-dən Şimali Amerikadakı müəssisələrini işçilərə işsizlik müavinətləri ödəmək şərtilə dayandırmışdı.
Qeyd edək ki, adıçəkilən şirkətlərdən yalnız GMC cari ilin birinci rübündə xalis mənfəət əldə etmişdi. Şirkətin gəliri 32,7 milyard, mənfəəti isə 300 milyon ABŞ dolları oldu. Pandemiya ilə bağlı çəkdikləri birbaşa və dolayı zərər isə 1,4 milyard ABŞ dolları həcmində dəyərləndirilib.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










