“Nissan”ın səhmləri ucuzlaşır

“Nissan Motor”un səhmləri “Renault”la alyansının mümkün pozulmasına dair xəbərlərin yayılması ilə 2011-ci ilin sentyabr ayından sonrakı dövrdə ən aşağı həddə ucuzlaşıb.
“Report” TASS-a istinadən xəbər verir ki, Tokio Fon Birjasında keçirilən hərrac zamanı səhmlər ötən günə nisbətən 3 bənd geriləyərək 618 yen (5,6 ABŞ dolları) qiymətinədək ucuzlaşıb.
Bundan əvvəl “Nissan”ın Mətbuat xidməti təcili açıqlama yayaraq “Renault” və “Mitsubishi”ilə alyansın pozulacağı barədə xəbərləri fərziyyə olaraq səciyyələndirərək alyansın buraxılması məsələsinin gündəmdə olmadığını vurğulayıb. Açıqlamada sözügedən birlik sayəsində rəqabətçilik daha da artıraraq dayanıqlı artım və mənfəət yolunun açıldığı qeyd olunur.
Ötən gün FT alyansın keçmiş rəhbəri Karlos Qohn ətrafında baş verən qalmaqalla bağlı “Nissan”ın “Renault” ilə alyansa son qoymaq planı üzərində çalışmaları sürətləndirməsi barədə xəbər vermişdi. Xəbərdə K.Qohnun Livana qaçmasının səbəb yox, bir müddət iki şirkət arasında mövcud olan narazılığın üzə çıxması üçün bəhanə olduğu da qeyd olunur.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










