Ölkəmizdə bu avtomobillər bahalaşacaq - VİDEO
Avtobazar 7 Mart 2021 12:15 Oxunub 3900
Ölkəmizdə bu avtomobillər bahalaşacaq - VİDEO

Gömrük Komitəsinin təklifi qəbul ediləcəyi təqdirdə ölkəmizdə olan istehsal tarixi 5 ildən artıq olan avtomobillərin dəyəri yüksələcək.

Bu barədə komitə sədri Səfər Mehdiyev məlumat verib.
Gent.az xəbər verir ki, S.Mehdiyev söyləyib ki, müzakirə mövzusu yeni nəqliyyat vasitələrinin gömrük rüsumlarının aşağı salınması və ya alternativ nəqliyyat vasitələrinin idxalına üstünlük verilməsidir. Komitə sədrinin sözlərinə görə burada söhbət istehsalı 5 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməməsi və ya gətirilərsə belə, onlara olan vergi rüsumlarının artırılmasından gedir ki, köhnə avtomobillərin idxal ehtimalı az olsun.

Bu təkliflərin qəbul ediləcəyi təqdirdə Azərbaycanda avtomobil bazarında hansı dəyişikliklər baş verə bilər?

Avtosfer.Az ölkə.az-a istinadən bildirir ki, Gömrük Komitəsinin sədrinin bildirdiyi kimi istehsal tarixindən 5 ildən çox keçən avtomobillərin idxalı qadağan edilərsə və ya onların idxalına tətbiq edilən rüsum və vergilər kəskin şəkildə artırılarsa, Azərbaycanda olan köhnə avtomobillərin dəyərində 15-20 faiz artım baş verəcək. Çünki avtomobil sahibi olmaq istəyənlərin imkanları orta hesabla 18-20 min manatlıq avtomobillərin alınmasına çatır. Bu imkanla xaricdən daha çox 2005-2012-ci ilə qədər olan avtomobilləri idxal etmək mümkündür. İstehsal tarixi 5 il və daha yeni olan, orta keyfiyyətli avtomobilləri idxal etmək üçün ən azı 30 min manat tələb olunur. Deməli, təklif edilən qaydalar qüvvəyə minərsə, idxal edilən avtomobillərin sayı kəskin azalacaq və avtomobil sahibi olmaq istəyənlərin çoxu daxili bazara yönələcək.

Daxili bazarda olan avtomobillərin böyük hissəsi köhnə avtomobillərdir. Minik avtomobillərinin təxminən 80 faizinin istehsal tarixi 10 ildən artıqdır. 2014-cü ildə bu göstərici 62 faiz idi. Altı il ərzində onların xüsusi çəkisi 18 faiz bəndi artıb. Belə davam edərsə, 2025-ci ildə istehsalından 10 il keçən avtomobillərin payı 90 faizə çatacaq.

İstehsal tarixi 5 il və daha az olan avtomobillərin payı isə 4,2 faizdir. 2014-cü ildə onların payı 17 faiz idi.

Dinamika göstərir ki, Azərbaycanın avtomobil parkının köhnəlməsi sürətlə gedir və xaricdən əsasən köhnə avtomobillər gətirilir.

Ölkəmizə idxal edilən avtomobillərə istehsal tarixinə görə məhdudiyyətin tətbiq edilməsi təcrübəsindən ilk dəfə 2014-cü ildə istifadə olunub. Həmin qərara əsasən istehsal tarixi 2005-ci ildən qabaq olan avtomobillər idxal edilə bilməz. Bu qərar qəbul ediləndə ölkəmizə idxal edilən avtomobillərdən ən köhnələri 9 ilin avtomobilləri idi. Hazırda isə ən köhnə avtomobillər 16 ilin avtomobilləridir.

Onu da əlavə edək ki, bu təklifin ortaya atılmasını zəruri edən əsas səbəb heç də ekoloji amillər deyil. Əsas səbəb xarici ticarət saldosunun kiçilməsi fonunda avtomobillərin idxalına çəkilən xərcin ildən-ilə artmasıdır. Avtomobil idxalına 2016-cı ildə 252 milyon dollar, 2017-ci ildə 422 milyon dollar xərcləndiyi halda, 2020-ci ildə 648 milyon dollar xərclənib. Bu dinamika avtomobil idxalına ildən-ilə daha çox vəsaitin xərcləndiyini göstərir.

Hökumətin bu təklifində əsas məqsədi xaricə valyuta axınının zəiflədilməsidir. Əgər artan dinamikanın qarşısı alınmasa, avtomobil idxalına çəkilən xərc 2012-2013-cü illərdə olduğu kimi 1 milyard dollar səviyyəsinə yüksələcək.

Həmin illərdə Azərbaycanın xarici ticarətində 12-14 milyard dollar profisit olduğundan bu qədər valyutanın xaricə çıxması ciddi problem sayılmırdı. Amma xarici ticarətdə profisit 2019-cu ildə 5,9 milyard dollar, 2020-ci ildə 3 milyard dollar olduğundan avtmobil idxalına bu qədər valyutanın xərclənməsinə seyrçi qalmaq düzgün deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh