Ötən ay ölkəyə nə qədər avtomobil gətirilib?
Avtobazar 22 Fevral 2021 09:53 Oxunub 724
Ötən ay ölkəyə nə qədər avtomobil gətirilib?

2021-ci ilin yanvar ayı ərzində Azərbaycan xaricdən 4 642 ədəd avtomobil idxal edib.

Avtosfer.az-ın-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, alınan avtomobillərin ümumi dəyəri 53 milyon 444,6 min dollar həcmində olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycan xaricdən avtomobil idxalını 21,4 faizə qədər və ya 1 264 ədəd azaldıb.

Müvafiq dövr ərzində ölkəmiz xaricdən 31 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi alıb.

Bu avtomobillərin idxal dəyəri 3 milyon 873 min dollara yaxın olub. Bu ilin yanvar ayında ötən ilə nisbətən 13,9 faiz və ya beş ədəd az avtobus idxal edilib.

İdxal edilən avtomobillərin əksəriyyəti minik avtomobilləridir. Ötən ay ərzində 4 238 ədəd bu tipdə avtonəqliyyat vasitələri ölkəyə idxal edilib və onların ümumi dəyəri 43 milyon 191,8 min dollar təşkil edib. İdxal həcmi ötən ilə nisbətən 23,8 faiz və ya 1 322 ədəd az olub.

Yanvar ayında yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxal həcmi 25,7 faiz və ya 75 ədəd çox olub. Müvafiq dövr ərzində 367 ədəd bu tipdə avtomobil idxal olunub və onların ümumi dəyəri 5 milyon 723,6 min dolları təşkil edib.

Xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin alış sayında azalma var. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu üç dəfə və ya 12 ədəd az olub. 2021-ci ilin yanvar ayı ərzində altı ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitəsi alınıb və onların ümumi idxal dəyəri 656,3 min dollar olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh