Azərbaycanda 46 nəqliyyat vasitəsi hərraca çıxarılıb ucuz qiymətə satıldı - RƏSMİ AÇIQLAMA - FOTO
Avtobazar
19 May 2021 15:00

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunmuş növbəti hərracda 50 dövlət əmlakı özəlləşdirilib. İqtisadiyyat Nazirliyindən Avtosfer.az-a verilən məlumata əsasən, bunlardan üçü səhmdar cəmiyyətinin səhmləri, biri kiçik dövlət müəssisəsi, 46-sı isə nəqliyyat vasitəsidir. Hərracda nəqliyyat vasitələrinə daha böyük maraq müşahidə olunub və əksər nəqliyyat vasitələrinin hərracı rəqabətli mühitdə keçib. Özəlləşdirmə hərracına çıxarılan dövlət əmlaklarına 24-ü elektron formada olmaqla ümumilikdə 229 sifariş verilib.
Qeyd edilib ki, cari ilin ilk dörd ayında ümumilikdə 20 hərrac təşkil edilib. Hərraclarda 54 əmlak özəlləşdirilib. Bunlardan 5-i səhmdar cəmiyyətin səhmləri, 17-si kiçik dövlət müəssisəsi, 32-si isə nəqliyyat vasitəsidir.
Yanvar-aprel ayları ərzində hərraca çıxarılmış əmlaklar üzrə 13 elektron sifariş qəbul edilib. Elektron hərrac proqram sistemi ilə hərraclara beş onlayn qoşulma (nəqliyyat vasitəsi) reallaşıb.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə linkdən tanış ola bilərsiniz.
Oxunub : 2838
DİGƏR XƏBƏRLƏR
6 Oktyabr 2026 15:14
Çin maşını almaq istəyənlərin diqqətinə! – Daha bu avtomobillər ölkədən çıxarılmayacaq
28 Sentyabr 2026 14:06
Yeni məcburiyyət: Bu maşınlar ucuzlaşır
27 Sentyabr 2026 20:00
Azərbaycanda avtomobil almaq çətinləşir? - FOTO
2 Sentyabr 2026 17:30
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı - FOTO
17 Avqust 2026 10:03
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
17 Avqust 2026 09:23
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
14 Avqust 2026 17:39
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
4 Avqust 2026 20:51
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
3 Avqust 2026 17:54
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
1 Avqust 2026 23:11
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
30 İyul 2026 14:54
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
24 İyul 2026 16:18
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
ŞƏRH YAZ













