Renault şirkətinin rəhbəri yeni Niva haqqında danışıb - FOTO

Avtobazar 11 Fevral 2021 23:00 Oxunub 2678
Renault şirkətinin rəhbəri yeni Niva haqqında danışıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Renault şirkətinin rəhbəri Luka de Meo, yaxın illərdə buraxılacaq Lada modellərindən danışıb. O, Automotive News Europe nəşrinə verdiyi müsahibəsində klassik Niva və ya Lada Niva Legend modelinin yeni nəsli haqqında təfərrüatlarla və Dacia Bigster konsept avtomobilinə əsaslanan yeni krossover barədə məlumatlarla bölüşüb.

Bu ilin yanvarında nümayiş olunan Dacia Bigster konsepti, Renault qrupuna daxil olan üç markanın modelləri üçün prototip olacaqdır: Rumıniyanın Dacia markası, Renault markasının özü və Rusiyanın Lada markası üçün. Eyni zamanda, de Meo, avtomobillərin qurğu və aqreqatların 85 faizini bölüşəcəyinə baxmayaraq,  seriya modellərinin bir-birindən fərqli dizayna malik olacaqlarını bildirib.

Hər üç yeni avtomobilin əsasını, üçüncü nəsil Renault Logan və Sandero ilə Avropada satılan Clio modelinin inşa edildiyi CMF-B modul platforması təşkil edəcəkdir. Uzunluğu 4600 millimetrə çatan Bigster konseptinə baxsaq, seriya krossoverləri iri ölçülərə malik olacaqdırlar – böyük ehtimalla, Niva ofrouderi Lada model cərgəsinə ən iri avtomobil olacaqdır.

Dacia və Lada emblemləri altında buraxılacaq avtomobillər müvafiq olaraq, 2024 və 2025-ci illərdə satışa çıxarılacaqdırlar. Bununla belə, Renault krossoverinin debüt vaxtı hələlik açıqlanmayıb. De Meo, ortaq platformaya əsaslanan modellərin məcmu satışlarının ildə bir milyonu keçəcəyinə ümid edir.

Top menecer, 40 ildən çoxdur köklü dəyişikliklər yaşamayan Niva modeli ilə bağlı bəzi yeni detalları da açıqlayıb. Lada Niva Legend ofrouderi, Bigster konseptinin "əmtəə" varinatı ilə müqayisədə daha böyük ofroud potensialına malik olacaqdır.

De Meonun bildirdiyinə görə, Niva yaxşı ciddi yüklənmələrə adaptasiya edilmiş ofroud qabiliyyəti ilə seçiləcək, Suzuki Jimny və Land Rover Defender modelləri ilə bir qədər bənzər olacaqdır.
Yeni Lada Niva modelinin eksteryerində retro üslubunda elementlər tətbiq ediləcəkdir. Bu üslub  brutal kuzovu və düzbucaqlı radiator barmaqlığı olan Niva Vision konseptində nümayiş etdirilib. İlkin məlumatlara görə, yeni modelin uzunluğu 4280 millimetr (indiki beşqapılı Niva Legend modelindən 40 millimetr çox), təkər bazası isə 2600 millimetr olacaqdır.

Avtomobilin iki versiyası mövcud olacaq: standart və 240 millimetrlik klirensə malik olan artırılmış ofroud potensialı olan modifikasiya. Növbəti nəsil Niva modelinin mühərrik çeşidinə 130 at qüvvəli 1,3-litrlik turbomühərrik və 122 at qüvvəli 1,8-litrlik atmosfer mühərriki daxil ediləcəkdir. Yeni Lada Niva modelinin təqdimatı 2024-cü ilə planlaşdırılıb./http://autograph.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh