Reklam

"Rent a car"lar na vaxt normal fəaliyyətə qayıdacaq? - VİDEO

Avtobazar 17 May 2020 13:37 Oxunub 5740
"Rent a car"lar na vaxt normal fəaliyyətə qayıdacaq?  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vəziyyət ürəkaçan deyil

Koronavirus pandemiyası avtomobil kirayəsi bazarına təsirsiz ötüşməyib. Bir tərəfdən neftin ucuzlaşması fonunda tədiyyə balansına pozitivlik verən neft gəlirlərinin azalması, digər tərəfdən də geniş karantin tədbirləri çərçivəsində qeyri-neft sektorunun əsas lokomotivi olan xidmət və ticarət sektorlarının üzləşdikləri məhdudiyyətlər ümumi iqtisadiyyat üçün tənəzzül perspektivi vəd edir. Toyların, konsertlərin və digər kütləvi tədbirlərin təxirə salınması, restoranların, kafelərin iş saatlarının məhdudlaşdırılması ictimai iaşə və ticarət obyektlərinin gəlirlərini kəskin azaldıb. Əcnəbi turistlərin gəlişinin məhdudlaşdırılması isə turizm şirkətlərinin və mehmanxanaların fəaliyyətini demək olar ki, dondurub.

Pandemiya ilə əlaqədar bu gün avtomobil kirayəsi bazarına tələbat xeyli aşağı düşüb. Daha dəqiq azalma 30-50% səviyyəsindədir. Nəzərə alsaq ki, bu sektorda tələbin əhəmiyyətli hissəsi toy, nişan kimi mərasimlər və turizm sektorunun hesabına formalaşırdı. Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində tətbiq olunan məhdudiyyətlərdən dolayı, ölkə ərazisində şadlıq saraylarının fəaliyətinə və Azərbaycana xaricdən səfərlərə müvəqqəti qadağa qoyuldu. Nəticədə avtomobil kirayəsi sektorunun 70-80%-i durğunluq yaşayır.

Bu sektorun dirçəlməsi bilavasitə tətbiq edilən qadağaların aradan qaldırılması ilə bağlı olacaq. Lakin burada vəziyyət birmənalı olmayacaq. Belə ki, istənilən böhranlı durum qlobal mənada istehlaka təsir edir. Gəlirlərin azalması fonunda insanlar xərclərini optimallaşdırmağa çalışaraq qənaət rejiminə keçirlər. Ekspertlər hesab edir ki,kirayə avtomobil bazarındakı durğunluq hələ bir müddət davam edəcək.

Yeri gəlmişkən “Moody’s” beynəlxalq reytinq agentliyi cari ildə dünyada avtomobil satışlarının 20 faiz azalacağını ehtimal edir. Halbuki əvvəlki proqnozda azalma 14 faiz həcmində göstərilirdi. 2020-ci ildə avtomobil satışlarının Avropada 30 , ABŞ-da 25 , Çində isə əvvəlki proqnozdakı kimi 10 faiz azalacağı qeyd olunur. Analitiklər, 2021-ci ildə bu sektorun nisbətən dirçələcəyi qənaətindədirlər. Onların hesablamalarına gorə, gələn il satışların 11,5 faiz artacağı istisna edilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh