Rusiyanın avtomobil bazarında kütləvi bahalaşma qeydə alınıb

Aprel ayında Rusiyada 28 avtomobil istehsalçısı məhsul qiymətlərini tənzimləyib.
Avtosfer.az-ın “Auto Price” portalına istinadən verdiyi məlumata görə, bununla belə, 28 istehsalçıdan 27-si məhsullarının qiymətini artırıb. Yalnız “Toyota” qiymətlərdə müxtəlif istiqamətli dəyişiklik edib.
Kütləvi seqmentin bir sıra istehsalçılarının avtomobil xəttinin yarısından çoxunu bahalaşdırıb.
“Chevrolet” qiymətlərini 1,5-5,1%, KIA – 0,5-2,2%, “Peugeot” – 1,8-2%, UAZ isə 0,9-1,5% artırıb. “Lada”, “Hyundai”, “Volkswagen”, “Renault” və “Skoda” ayrı-ayrı modellər üçün müəyyən qiymət tənzimləmələri ilə məhdudlaşıb.
Eyni zamanda, Rusiyada təmsil olunan demək olar ki, bütün Yaponiya avtomobil markaları qiymət siyahılarını yeniləyiblər. Nəticədə, ən çox bahalaşma “Honda” markasında qeydə alınıb – 2,9%-dən 3,3%-dək, “Suzuki” isə qiymətləri 2,6-5,6% qaldırıb.
Çin istehsallı avtomobillər arasında ən çox bahalaşan “Geely” modelləri olub – 0,8-6,3% və ya 15 min rubldan 150 min rubla qədər.
“Toyota” avtomobillərinin əksəriyyəti 1,3-6,5% bahalaşıb, lakin baza versiyası da daxil olmaqla iki “RAV4” komplektasiyası 0,1% ucuzlaşıb.
Qeyd edək ki, bir il əvvəl, rublun məzənnəsinin çökməsi nəticəsində müqayisə edilə bilən qiymət düzəlişi edilmişdi və nəticədə 26 avtomobil markasının dəyəri dəyişmişdi.
Bundan başqa, son iki həftə ərzində daha 10 avtomobil markası bahalaşıb.
Qiymətləri ən çox "AvtoVAZ" qaldırıb. Ən yaxşı konfiqurasiyalı modellər sayılan “Lada Vesta” 2-2,4%, “Lada X-Ray” isə 0,5-2,8% bahalaşıb. Ayrı-ayrı modellərin də qiymətinin artırıldığı deyilir. “Hyundai Solaris” 1,6-2,4%, “Citroen C4” isə 1,5-3,3% bahalaşıb.
Əlavə olaraq, son iki həftə ərzində “Mazda” avtomobilləri orta hesabla 0,8-1,2%, “Mitsubishi” – 0,9-2,9%, “Nissan” – 1-2,4%, “Subaru” isə 1,1-2,1%.
Eyni zamanda, 14 gün ərzində premium seqmentdə “Lexus”, “Genesis” və “Porsche” markalarının qiymətlərində də əhəmiyyətli artım qeydə alınıb.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










