Sürücü hazırlayan tədris müəssisələrinin nəzərinə: Qeydiyyat qaydası belə olacaq

Avtomotonəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün tədris müəssisələri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən alınmış məlumata əsasən uçota alınmalıdır. Open.az-ın məlumatına görə, bu, Daxili İşlər Nazirliyinin Kollegiyasının “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimat”da etdiyi dəyişiklikdə əksini tapıb.
Tədris qruplarında təhsil alanların sayı 10-30 nəfər olmalı və məşğələlərin başlanmasından keçən 15 gün ərzində hər bir tədris qrupu ərazi üzrə regional qeydiyyat-imtahan və texniki baxış məntəqələrində qeydiyyata alınmalıdır. Hər bir tədris qrupunun siyahısı qeydiyyata alındıqdan sonra 7 gün müddətində BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinə göndərilməlidir.
Qərar oktyabrın 30-dan qüvvəyə minib.
Qeyd edək ki, bundan öncə Avtomotonəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün tədris müəssisələri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Vergilər Nazirliyindən alınmış məlumata əsasən uçota alınıb. Beləliklə, bu sahədə səlahiyyət ləğv edilmiş Vergilər Nazirliyinin əsasında yaradılmış İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilib.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










