Taarif Şurasının qərarından sonra bu maşınlar ucuzlaşacaq - SƏBƏB?

Tarif Şurasının yanacağın qiymətindəki dəyişikliklə bağlı qərarı benzin mühərrikli avtomobillərin qiymətinə ciddi təsir göstərməyəcək. Mümkündür ki, daha çox benzin sərfiyyatı olan bəzi avtomobillərin qiymətində cüzi ucuzlaşma baş verin. Bunu axar.az-a nəqliyyat eksperti Elməddin Muradlı Tarif Şurasının yanacaqla bağlı dünənki qərarının avtomobil bazarına təsiri barədə danışarkən deyib. O bildirib ki, bu qərar dizel mühərrikli avtomobillə benzin mühərrikli avtomobilin qiymətləri arasında fərqi bir az yaxınlaşdıracaq: “Bu qərardan sonra ola bilsin ki, dizel mühərrikli avtomobillərə tələbat azalasın. Bəzi insanlar benzinlə dizel arasında elə bir fərq olmadığı üçün benzin mühərrikli avtomobillərə üstünlük verə bilər. Yanacağın qiymət dəyişikliyində məqsədin ətraf mühitin qorunması və dizel mühərrikli avtomobillərdən istifadəni azaltmaq olduğu bildirilir. Dünyanın bir çox ölkəsində dizel mühərrikli avtomobillərlə mübarizə aparılır. Nəhəng avtomobil istehsalçısı olan və bir neçə avtomobil şirkətinin yerləşdiyi Almaniyada da dizel mühərrikli avtomobillərin istismarına qadağa qoyulub. Bizdə ətraf mühitin qorunması üçün gömrük rüsumları azaldılmalıdır ki, insanlar ölkəyə daha təzə və keyfiyyətli avtomobillər gətirsin”.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










