Tesla 2020-ci ildə təxminən 500.000 nəqliyyat vasitəsi satıb

Tesla rəsmi rəqəmlərə görə, 2020-ci ildə 499.550 avtomobil satıb. Bu da 2019-cu illə müqayisədə 36% artım deməkdir. Bununla da Elon Musk-ın beş il əvvəl planlaşdırdığı satış miqdarına çatmaq üçün sadəcə 450 avtomobil əskik olub.
Avtosfer.az ted.az-a istinadən bildirir ki, şirkət tərəfindən 2020-ci ildə 509.737 vasitə istehsal edildiyi açıqlanıb. Bu rəqəmə 2020-ci ilin son rübündə istehsal və satışı artıraraq nail olunub. Tesla ilin son rübündə 180.570 avtomobil sataraq öz rüb rekordunu qırıb və əvvəlki rüblə müqayisədə 30% çox satış edib. Model Y-nin istifadəyə verilməsi və Çində yeni zavodun açılışı da şirkətin istehsal və satış göstəricilərinin artmasına təsir göstərib.
Tesla üçün ildə 500.000 avtomobil istehsal edib satmaq, bir neçə il əvvələ qədər mümkünsüz bir məqsəd hesab olunurdu. Ancaq Elon Musk 2015-ci ildə verdiyi açıqlamada şirkətin 2020-ci ildə yarım milyon avtomobil istehsal edəcəyini təxmin etmişdi.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










