“Toyota” mənfəət proqnozunu artırıb

Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Toyota” şirkəti bu il martın 31-də başa çatacaq cari maliyyə ili üçün xalis mənfəət proqnozunu 33,8% artıraraq 1,9 trilyon yenə (18,2 milyard ABŞ dolları) çatdırıb.
Bununla belə, yenilənmiş proqnoz reallaşsa, bu, əvvəlki maliyyə ilinin xalis mənfəəti ilə müqayisədə 6,7% az olacaq.
"Toyota"nın əməliyyat mənfəətinin illik müqayisədə 16,6% azalaraq 2 trilyon yenə (19,1 milyard ABŞ dolları), satışdan gəlirinin isə 11,3% azalaraq 26,5 trilyon yenə (253,3 milyard ABŞ dolları) düşəcəyi proqnozlaşdırılır. Baxmayaraq ki, avtomobil nəhəngi qlobal səviyyədə nəqliyyat vasitələrinin satış hədəfini də 3,3% artırıb və 9,73 milyon ədədə çatdırıb.
Xatırladaq ki, “Toyota” ötən ilin aprel-dekabr aylarında 7,21 milyon ədəd avtomobil satıb ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 11,4% azdır. 9 ayda şirkətin xalis mənfəəti 14,1% azalaraq 1,47 trilyon yen (14 milyard ABŞ dolları), əməliyyat mənfəəti isə 26,1% azalaraq 1,51 trilyon yenə (14,43 milyard dollar) düşüb.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










