Türkiyənin yerli avtomobili Avropada satılacaq - FOTO

Türkiyədə sıfırdan hazırlanan orta ölçülü TOGG (Türkiye'nin Otomobili Girişim Grubu) elektrik krossoveri Avropa bazarında satılacaqdır. Almaniyanın Handelsblatt nəşrinə bildirdiyinə görə, modelin ilk ixrac bazarı Almaniya olacaqdır.
TOGG şirkətinin rəhbəri Gurkan Karakaşın bildirdiyinə görə, krossoverlər 18 ay ərzində montaj xəttini tərk etməyə başlayacaqlar. Keçən ay bu avtomobilin istehsal ediləcəyin təməlatma mərasimi keçirilib. Beləliklə, TOGG elektrokarının satışlarına 2022-ci ildə başlanmalıdır. Türkiyə bazarına çıxdıqdan dərhal sonra, adı hələlik açıqlanmayan elektromobili Almaniyaya ixrac ediləcəkdir. Bundan sonra, elektrokarın satışlarına qonşu Fransa və İtaliyada başlanacaqdır.


TOGG (Türkiyenin Otomobil Girişim Grubu) şirkəti 2030-cu ilə qədər beş model təklif etməyi planlaşdırır. C seqmentindən olan krossoverin ardınca, istehsalçı B seqmentindən olan yığcam krossoveri, həmçinin C seqmentindən olan sedan, hetçbek və miniveni hazırlamaq niyyətindədir.
TOGG markasının ilk krossoveri iki versiyada təklif ediləcəkdir. Bunlardan birincisi arxa oxda yerləşdirilmiş 200 at qüvvəsinə malik olan elektrik mühərriki, ikincisi isə, ümumi hasilatı 400 at qüvvəsi olan hər iki elektomotor ilə təchiz edilən tam ötürməli modifikasiya olacaqdır. 200 at qüvvəli arxaçəkişli modifikasiya 100 km/saat sürətini 7.6 saniyəyə, 400 at qüvvəli tamötürməli versiya isə 4.8 saniyəyə toplayacaqdır. Qeyd etmək lazımdır ki, krossoverin güc qurğusu və batareyaları türk mühəndislərinin iştirakı ilə yaradılıb və şirkət tərəfindən patentləşdirilib.
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










