Üç min manata “Mercedes”, “Nissan”, “Chevrolet” - HƏRRAC

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15 oktyabr tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərrac keçirilib. Avtosfer.az xəbər verir ki, növbəti açıq hərracda 11 dövlət əmlakına ümumilikdə üzrə 21 sifariş verilib. Budəfəki hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin buraxılış tarixləri 1998-2007-ci illər arasındadır. Avtomobillər Mercedes, Nissan, Chevrolet və Renault markalarına aiddir. Bu dövlət əmlaklarının hərracda son qiyməti 3 min manat ilə 6 min manat arasındadır. Rəqabətli mühitdə özəlləşdirilən Chevrolet Niva markalı avtomobilin buraxılış tarixi 2005-ci ildir. İlkin qiyməti 3 min 750 manat olan nəqliyyat vasitəsi hərracda qalib iştirakçı tərəfindən 4 min 400 manata özəlləşdirildi.
Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi növbəti hərraclara qoşulmaq istəyən şəxslər rəsmi sayta (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Burada özəlləşdirməyə çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumat əldə etmək mümkündür. Eyni zamanda sifariş linkinə daxil olmaqla onlayn formada hərracda iştirak statusu qazanmaq olar.
Namiq Musayev
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










