“Volvo” bazara yeni elektrikli avtomobillərlə gəlir

“Volvo Trucks” gələn ildən etibarən elektrikli yük maşınları çeşidini Avropa bazarlarına daxil edəcək.
Avtosfer.az Türkiyə mətbatına istinadən xəbər verir ki, 2021-ci ildə ilk dəfə Avropada satışa çıxarılacaq olan “Volvo FH”, “Volvo FM” və “Volvo FMX” elektrikli yük maşınlarının sınaqlarını davam etdirir.
Avtomobillərin dünyaya ixracı isə 2022-ci ilə nəzərdə tutulub.
Yük maşınlarının batareya konfiqurasiyasından asılı olaraq hər 300 km-dən bir enerjiyə taxılması lazımdır.
Bu da o deməkdir ki, artıq yeni versiya Avropada inşaat, mədən, qazıntı və uzunmüddətli nəqliyyat vasitəsi kimi müxtəlif sahələr üçün yararlı olacaq.
2019-cu ildə Avropada bələdiyyə üçün xidməti elektrikli yük maşınları olan “Volvo FL Elektrik” və “Volvo FE Elektrik” istehsalına başlayan şirkət, artıq dekabr ayından Şimali Amerikada regional nəqliyyat üçün inkişaf etdirilmiş “Volvo VNR” yeni elektrik avtomobillərinin satışına başlayacaq.
Şirkət növbəti on il ərzində marka, sərt şərtlər və uzun məsafəli yollar üçün daha çox elektrik enerjisi tutumu olan yük maşınlarını da təqdim etməyi planlaşdırır.
“Volvo Trucks” 2040-cı ilədək məhsul çeşidini fosel yanacağı olmayan yük maşınları halına gətirməyi hədəfləyir.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










