Yaponiyanın avtomobil istehsalçıları istehsalı azaldır - SƏBƏB
Yaponiyanın nüfuzlu avtomobil istehsalçısı şirkətləri yarımkeçiricilərin çatışmaması səbəbindən istehsalı azaldır.
Yaponiyanın Honda, Mazda, Toyota, Nissan və digər avtomobil istehsalı sahəsində tanınmış şirkətləri həm ölkə daxilində, həm də xaricdə yerləşən zavodlarında istehsalı ixtisara salmaq məcburiyyətində qalıb.
Bildirilir ki, Honda konserni Mie prefekturasındakı zavodunu 5 gün müddətinə dayandıracağını bəyan edib. Başa çatmaqda olan yanvar ayında şirkət İngiltərədə olan zavodunu artıq dayandırıb, ABŞ və Kanada da olan zavodlarında isə istehsalın həcmini azaldıb.
Bu ərəfədə Toyota şirkətinin ABŞ-da, Nissan şirkətinin isə Yaponiyada istehsalı azaltdığı bildirilir. Subaru şirkəti də yanvar ayında Qumma da yerləşən 3 zavodunda istehsalı dayandırıb.
Qeyd edək ki, yarımkeçiricilərin təchizatında yaranan problemin əsas səbəbi kimi koronavirus pandemiyasına görə avtomobil istehsalı sahəsində yaranmış güclü böhrandan sonra baş verən bərpa proseslərinin tələblərinə bu hissələri hazırlayan şirkətlərin cavab verə bilməməsi göstərilir. (ted.az)
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










