Reklam

Yeni Toyota Highlander artıq Bakıda – Həm benzin, həm də hibrid - FOTO

Avtobazar 30 Sentyabr 2020 14:33 Oxunub 3094
Yeni Toyota Highlander artıq Bakıda – Həm benzin, həm də hibrid - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Toyotanın Azərbaycanda rəsmi dileri Toyota Bakı Mərkəzi yeni “Highlander” modelini təqdim edir. Toyota daima yeni texologiyalar tətbiq etməklə nəqliyyat vasitələrinin daha təhlükəsiz, ətraf mühitə zərər verməyən, komfortlu olmasına çalışır. Yeni Highlander(Haylander) də texnoloji yeniliklərlə təhciz olunmuş belə modellərdən biridir. Daha çox ailə,səyahət üçün əlverişli bu avtomobil Azərbaycanda tələb olunanlardandır.

Avtomobil sürərkən ailənizlə maksimal komfort arzu etməyinizdən, yaxud yaxınlarınızla səyahət edərkən istirahətdən zövq almaq istəməyinizdən asılı olmayaraq, idarə etməli olduğunuz avtomobil "Toyota Highlander"dir.

Yeni 2020-ci il buraxılışlı Toyota Highlander sizə arzu etdiyiniz hər şeyi verməyə, gündəlik səfərlərinizi daha mükəmməl etməyə hazırdır. Toyota Yeni Qlobal Arxitektura (TNGA) platformasının sayəsində sizə və yaxınlarınıza daha böyük imkanlar, komfort və təhlükəsizlik vəd edən bu avtomobildə 8-dək insan səyahət edə bilər. Həyat məqsədlərinizin nə olmasının heç bir fərqi yoxdur! Ehtiyaclarınıza cavab verən Highlander avtomobili həmişə var. V6 mühərrikə və tam ötürücülü idarəetməyə malik avtomobil seçimləri sizə daha çox rahatlıq gətirəcək və səfərlərinizi yeni səviyyəyə aparacaq.

Yeni Highlander dəbdəbəli və müasir interyeri ilə sizə hər an zövq verəcək. Avtomobilin sərt cizgilərə malik alət paneli 8 düym sensor displeyə malikdir. Burada Highlander sisteminin fərqli funksiyalarından asanlıqla istifadə edə bilərsiniz. Avtomobilin bütün oturacaqlarında keyfiyyətə xüsusi diqqət yetirilib. Yumşaq səthlər və yüksək səviyyəli materiallar mükəmməlliyi ilə sizə və sevdiklərinizə unudulmaz anlar yaşadacaq.

Highlander avtomobilinin dinamik yeni dizaynı, hara getməyinizdən asılı olmayaraq, baş gicəlləndirici uğura sahib olacaq. Genişləndirilmiş qanadlar avtomobilin görünüşünü vurğulayır. Avtomobilin kapotundan arxa faralara qədər uzanan sərt cizgilər isə onun müstəsna gözəlliyə malik görünüşünə rəng qatır. Xrom örtüyə malik platin qara rəngli ön barmaqlıq avtomobilin modern dizaynını axıcılığı ilə tamamlayaraq onu daha dəbli edir. Beləcə, özünüzə məxsus və ya yaxınlarınızla paylaşdığınız həvəslərinizin ardınca gedərkən hər dəfə Highlander avtomobilinə baxıb ilham alacaqsınız.

Şəhərdə səyahət edərkən, ya da təbiət qoynuna çıxarkən Highlander avtomobilinin ürək oxşayan komfortundan zövq alacaqsınız. Yüksək davamlılığa malik TNGA platforması avtomobili səlis və sakit səfərlər üçün möhkəm karkasla təmin edib. Avtomobilin tam ötürücülü idarəetmə imkanlarını dinamik fırlatma momentinin paylanması sisteminə malik tam ötürücülü idarəetmə ilə yeni zirvələrə çıxarın. Bu ağıllı sistem gücü buna daha çox ehtiyacı olan təkərə göndərməklə daha həssas və stabil performans göstərir. Buna görə də, bu avtomobillə hara getsəniz, avtomobili sürdüyünüz hər yolda daha böyük əminliyə sahib olacaqsınız.

Highlander gecə səfərlərindən şəhər kənarına bir günlük səfərlərə qədər istənilən səyahətin öhdəsindən gələ bilər.

Yaşadığınız macəralara daha çox əyləncə gətirin. Highlander avtomobilinin 8 düym sensor ekranlı displeyinin sayəsində nəzarəti bir an belə əldən buraxmayacaqsınız. Daha fərdiləşdirilmiş təcrübə yaşamaq üçün sadəcə standart Apple CarPlay® ilə iPhone® telefonunuzu avtomobilə qoşun. Ya da standart Android Auto tətbiqinin üstünlüklərindən faydalanmaq üçün Android™ smartfonunuzla bağlantı yaradın. Bu, hər səfərinizdə komfortun səviyyəsini daha da artıracaq bir rahatlıqdır.

Highlander sizə və ailənizə daha rahat səfər təcrübəsi yaşatmaq üçün çoxsaylı təhlükəsizlik funksiyalarına malikdir. Avtomatik tormozlanma ilə ön və arxa avtomatik parklama sisteminin sayəsində ən dar yerlərə asanlıqla girib-çıxa biləcəksiniz. Sistem yaxınlıqda maneələr aşkar etdikdə sizə xəbərdarlıq edir və lazım gəldikdə mühərrikin gücünü azaldaraq avtomobilin əyləcini işə salır. Sistem avtomobilləri aşkar etdikdə zərəri azaltmaq, yaxud hətta mümkün toqquşmanın qarşısını almağa kömək etmək üçün xəbərdarlıq və əyləc nəzarətindən istifadə edir.

Toyota Safety Sense™ 2.5 (TSS 2.5) 2020-ci il buraxılışlı hər bir Highlander avtomobilinə xas aktiv təhlükəsizlik funksiyalarıdır. Bu innovativ funksiyalar sizi və sərnişinlərinizi xəsarətdən qorumaq məqsədi daşıyır. TSS (Toyota Safety Sense) kimi aktiv təhlükəsizlik sistemləri sürücüyə kömək üçün nəzərdə tutulub.Sistemlər sürücünün diqqətini və məsuliyyətini əvəz etmir.Xarici amillər ucbatından bu sistemdə dəqiq tanınmada və səmərəli idarəetmədə məhdudiyyətlər mövcuddur və buna görə sistəmə çox güvənmək lazım deyil.Sürücu maşını idarə edərkən hər zaman ətrafında olan avtomobillərə diqqət yetirməlidir və sürüş zamanı bütün təhlükəsizlik tədbirlərinə riayət etməlidir.

Avtomobilin interyeri istənilən tələbatınızı qarşılayacaq universallığa malikdir. Dəri işləməli oturacaqlar və onların unikal perforasiyalı naxışları interyerə zəriflik qatır. Yaxınlarınızla birlikdə səfər edərkən ikinci sıradakı sərbəst oturacaqlar sizə yüksək səviyyəli komfort verəcək. Arxadakı açılan oturacaqlar isə maşının tutumluğunu səkkiz nəfərədək artıracaq. Highlander arzu etdiyiniz hər şeyi götürməyə hazırdır.

Highlander sizin və yaxınlarınız üçün dizayn edilmiş ən yaxşı krossover avtomobilidir.

Mövcud texniki xüsusiyyətlər və qiymətlər haqqında daha ətraflı məlumat almaq üçün rəsmi Toyota dilerlərinə müraciət edə, yaxud internet saytımıza nəzər sala bilərsiniz: www.toyotabaku.az.

0124967010

0502657077

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh