Yeni Toyota modelləri bu qiymətə satılacaq

Avtobazar 12 May 2020 12:40 Oxunub 2589
Yeni Toyota modelləri bu qiymətə satılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Highlinder modelinin satıldığı əsas bazarlar Şimali Amerika, Avstraliya və Çin olub

Toyota Highlander modeli 2000-ci ildə debüt edib. Keçən ilin yazında isə, bu modelin dördüncü nəsil işıq üzü görüb. Bu günə qədər Highlinder modelinin satıldığı əsas bazarlar Şimali Amerika, Avstraliya və Çin olub. Lakin, Toyota şirkəti krossoverin satış coğrafiyasını genişləndirmək qərarına gəlib - krossoverin satışa çıxarılacağı ölkələr arasında Azərbaycan da var.

Toyota Highlander modeli TNGA modul platformasında inşa edilmişdir. Krossoverin qabarit uzunluğu 4950 millimetr, eni - 1930 millimetr, hündürlüyü isə 1755 millimetrdir. Avtomobilin təkər bazasının uzunluğu 2850 millimetr təşkil edir. Beləliklə, Toyota Highlander modelinin dördüncü nəsli sələfindən 60 millimetr uzun, 5 millimetr enli, 40 millimetr alçaqdır. Krossoverin təkər bazası isə 60 millimetr genişlənib.

Avropa bazarında satılacaq Toyota Highlander modeli yalnız hibrid güc qurğusu ilə təklif ediləcəkdir. Hibrid qurğunun tərkibinə Atkinson dövrü ilə işləyən 2,5-litrlik dördsilindrli atmosfer mühərriki və iki elektromotor (hər oxda biri) daxildir. Hibrid qurğunun ümumi hasilatı 244 at qüvvəsi təşkil edir. Elektrik mühərriklərinin qidalandığı nikel-metal-hidrid güc batareyası ikinci sıra oturacaqlarının altında yerləşdirilib.

Azərbaycanda satılacaq Highlander modeli, Avropada olduğu kimi yeddi nəfərlik salona malik olacaqdır. İkinci cərgəninin oturacaqlarını 180 millimetrlik diapazonda hərəkət etdirmək də mümkün olacaqdır. Baqaj bölümünün həcmi 658 litrdir, arxa cərgələrin qatlanması halında bu həcm 1909 litrə qədər arta bilər.

Modelin təchizatına 20-düymlük təkər diskləri, LED fənərlər, avtomatik uzaq işıqlar,baqaj qapısının elektrik ötürməsi, panoram dam,  havalandırmalı ön oturacaqlar, 12,3-düymlük ekranı və naviqasiyası olan, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən multimedia sistemi, 11 dinamikli JBL səs sistemi, proyeksiya displeyi, smartfonların sizmsiz doldurulması sistemi, adaptiv kruiz-kontrol və Toyota Safety Sense 2.0 təhlükəsizlik sistemləri kompleksi daxildir.

Yeni Toyota Highlander modelinin Azərbaycandakı satışlarına yay aylarında başlanmalıdır. İlkin olaraq, krossoverin 299 at qüvvəsi və 367 Nm fırlanma anı hasil edən 3,5-litrik V6 mühərriki ilə təchiz edilmiş versiyası satışa çıxacaqdır. 2021-ci ildə isə, krossoverin hibrid güc qurğusu ilə təchiz olunmuş versiyasının satışlarına başlanmalıdır.

Avtomobil haqqında ətraflı məlumat satışların başlanmasında öncə veriləcəkdir. Hələlik isə, Toyota Hignlander modelinin təxmini satış qiymətini səsləndirə bilərik: 3,5-litrlik mühərriklə təchiz edilmiş krossover 93,300 manatdan başlayan qiymətlərlə təklif ediləcəkdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh