Yerli avtomobil benzininin istehsalı artıb - FOTO

2020-ci ildə Heydər Əliyev adına Neft Emalı Zavodunda 5 874 900 ton neft və 82 100 ton kənardan daxil olan xammal olmaqla, cəmi 5 957 000 ton xammal emal edilib.
Bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) “Davamlı İnkişaf Hesabatı-2020”də məlumat verilib.
Neft emalı zavodunda istehsal olunmuş məhsullar arasında avtomobil benzinləri - 1 166 760 ton (illik müqayisədə 0,5 faiz çox), reaktiv mühərrik yanacağı - 502 240 ton (15 faiz az), dizel yanacağı - 2 032 320 ton (illik müqayisədə 2,3 faiz az) var.
Həmçinin, 2020-ci il üzrə SOCAR 2 270 199,01 ton məhsul ixrac edib. İxrac həcmi 2019-cu illə müqayisədə 6 faizə qədər artıb.
İxrac edilmiş məhsullar arasında “A-92” markalı avtomobil benzininin həcmi 64 134,10 ton, dizel yanacağı “L-62” 646 342,13 ton (illik müqayisədə 27,4 faiz çox), reaktiv mühərriklər üçün “TS-1” markalı yanacaq - 25 423,34 ton (illik müqayisədə 2 dəfə az), eləcə də metanol 468 997,65 ton (illik müqayisədə 20,1 faiz çox), karbamid 69 359,65 ton (39,9 faiz çox) var.
Müxtəlif neft və neft-kimya məhsullarının ixrac olunduğu əsas ölkələrin təsviri aşağıdakı xəritədə təqdim olunub.
Nigar Məmmədova
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











